19.05.2023 Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Vətəndaş Göyçək Əliyevanın Nizami Rayon Məhkəməsinin aparatında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə keçirilmiş müsahibənin nəticəsindən verdiyi şikayətə onun iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 19.05.2023-cü il tarixli iclasında baxılıb.

İclasda şikayətçinin müraciəti ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərin iştirakı ilə müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2-ci yarımbəndinə əsasən müsahibə komissiyasının 01 mart 2023-cü il tarixli qərarı ləğv edilərək, namizədlə yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.

iacca
iap
business ready
eplc
Ən Tez