26.09.2023 Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Vətəndaşlar Rüstəm Oruclunun Şabran Rayon, Murad Mirzəzadənin Bakı Apellyasiya, Elnur Əhmədzadənin isə Bakı şəhəri Suraxanı Rayon məhkəmələrinin aparatlarında dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilmiş müsahibələrin nəticəsindən verdikləri şikayətlərə onların iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 26.09.2023-cü il tarixli iclasında baxılıb.

İclasda şikayətçilərin müraciətləri ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərlə onlayn qaydada müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2-ci yarımbəndinə əsasən müsahibə komissiyalarının 24.06, 04.07 və 24.07.2023-cü il tarixli qərarları ləğv edilərək, namizədlərlə yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.

iacca
iap
business ready
eplc
Ən Tez