Doğum qeydiyyatı
Vətəndaş Fərid Sadıqlının Abşeron Rayon Məhkəməsinin aparatında dövlət qulluğu vəzifələsinin tutulması məqsədi ilə keçirilmiş müsahibənin nəticəsindən verdiyi şikayətə onun iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 02.11.2023-cü il tarixli iclasında baxılıb.
İclasda şikayətçinin müraciəti ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərlə onlayn qaydada müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2-ci yarımbəndinə əsasən müsahibə komissiyasının 14.08.2023-cü il tarixli qərarı ləğv edilərək, namizədlə yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.