05.04.2024 Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Vətəndaş Səbinə Bağırovanın Xızı Rayon Məhkəməsinin aparatında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə keçirilmiş müsahibənin nəticəsindən verdiyi şikayətə onun iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 05.04.2024-cü il tarixli iclasında baxılıb.

İclasda şikayətçi S.Bağırovanın müraciəti ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərlə onlayn qaydada müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.1-ci yarımbəndinə əsasən müsahibə komissiyasının 18.01.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.

iacca
iap
business ready
eplc
Ən Tez