Kateqoriya | İcraatın orta müddəti | |
---|---|---|
Borc tələbi | kredit təşkilatlarına borclar (təminatlı) | 3 ay 12 gün |
kredit təşkilatlarına borclar (təminatsız) | 3 ay 27 gün | |
digər hüquqi şəxslərə borclar | 3 ay 11 gün | |
fiziki şəxslərə borclar | 2 ay 7 gün |
Qeyd: Orta müddətlər müəyyən edilərkən 2023-cü ildə icraata daxil olmuş və həmin ildə də icrası təmin edilmiş işlər götürülmüş, müvafiq kateqoriyalar üzrə hər bir işin icra müddəti hesablanıb cəmlənmiş və onların sayına bölünərək orta icra müddəti hesablanmışdır.
Kateqoriya | Orta xərclər (manatla) | |
---|---|---|
Borc tələbi | kredit təşkilatlarına borclar (təminatlı) | 152 |
kredit təşkilatlarına borclar (təminatsız) | 13 | |
digər hüquqi şəxslərə borclar | 11 | |
fiziki şəxslərə borclar | 16 |
Qeyd: Orta xərc müəyyən edilərkən 2023-cü ildə icraata daxil olmuş və həmin ildə də icrası təmin edilmiş kifayət qədər sayda işlər təsadüfi üsulla seçilmiş, hər bir işdə çəkilmiş xərclər hesablanıb cəmlənmiş, müvafiq işlərin sayına bölünməklə orta xərc çıxarılmışdır. Təminatlı borclara dair işlərdə tərəflərin öz təşəbbüsü ilə maliyyələşdirdiyi, lakin təsdiqedici sənədləri icra qurumuna təqdim etmədiyi hallarda, xərclərin daha yüksək olması istisna edilmir.
Kateqoriya | Həll edilmiş işlərin sayı | Həll edilməmiş işlərin sayı | |
---|---|---|---|
Borc tələbi | kredit təşkilatlarına borclar (təminatlı) | 628 | 1207 |
kredit təşkilatlarına borclar (təminatsız) | 21108 | 54870 | |
digər hüquqi şəxslərə borclar | 23063 | 48396 | |
fiziki şəxslərə borclar | 5648 | 8738 |
Qeyd: İstinad olunan rəqəmlər 2023-cü ildə icraata daxil olmuş işlər üzrə "Elektron icra" informasiya sisteminin məlumatlarına əsaslanır. "Həll edilmiş işlər" dedikdə həmin ilin sonunadək tam icra olunmuş, yaxud digər əsaslarla icraatdan çıxarılmış, habelə tələbin borcluların gəlirlərinə yönəldildiyi işlər, "həll edilməmiş işlər" dedikdə isə görülmüş tədbirlərə baxmayaraq müsbət nəticə əldə olunmayan (borcluların tələb yönəldilə bilən əmlak və gəlirlərinin aşkar edilməməsi, onların qeydiyyatdan keçdikləri ünvanlarda olmaması, icradan gizlənməsi və axtarışlarının nəticə verməməsi, xəstəliyə görə işləyə bilməməsi, məhkum edilmiş olması, ölkə hüdudlarını tərk etməsi, borclu hüquqi şəxslərin fəaliyyətinin dayandırılması və sair səbəblərdən), ilin sonuna icraatda qalan işlər başa düşülür.