Mübahisələrin həlli üçün tənzimlənmə bazası və bu sahədə dövlət xidmətləri, habelə təcrübədə kommersiya mübahisəsinin həllinin təhlili

Suallar

Cavablar

Cavabların əsası və ya istinad edilən qanunvericilik aktları

Linklər

Qanunvericilik bazası kommersiya işi üzrə ilkin şikayətin surətinin cavabdehə təqdim edilməli olduğu müddət nəzərdə tuturmu? (Bəli/Xeyr)

Bəli

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü, 150.1.4-cü, 150.2-ci, 152.1.4 və 152.1.10-cu maddələri

Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır.

Kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, habelə iddia ərizəsi Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə uyğun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

https://e-qanun.az/framework/46945

Qanunvericilik bazası hakimin müvəqqəti tədbir haqqında vəsatətlə bağlı qərar qəbul etməli olduğu müddəti nəzərdə tuturmu? (Bəli/Xeyr)

Qeyd. “Müvəqqəti tədbir” dedikdə, işin mahiyyəti üzrə yekun qərar qəbul edilənədək tərəfin mövqeyini və ya əmlakını qorumaq, eləcə də geri qaytarıla bilməyən zərərin qarşısını almaq üçün işin gedişatı zamanı məhkəmə tərəfindən verilmiş müvəqqəti və ya aralıq yüngülləşdirmə nəzərdə tutulur.

Bəli

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159.1-ci maddəsi

Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır.

“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 14 mart tarixli qərarı

Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Maddənin mənasına görə, iddianı təmin etmək haqqında ərizəyə onun daxil olduğu gündən sonrakı iş günündən gec olmayaraq baxılır.

https://e-qanun.az/framework/46945

https://constcourt.gov.az/az/decision/380

Qanunvericilik bazası kommersiya işində verilə biləcək təxirə salınmaların maksimum sayını müəyyən edirmi? (Bəli/Xeyr)

Bəli

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 188.3-cü maddə

İşə baxılması 3 dəfədən artıq təxirə salına bilməz

https://e-qanun.az/framework/46945

Qanunvericilik bazası icra məmuruna borclunun elektron aktivlərinə (məsələn, kriptovalyuta) həbs qoymaq hüququ verirmi? (Bəli/Xeyr)

Bəli

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu 49 və 50-ci maddələr

“İcra haqqında” Qanunun 49-cu maddəsində və Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nda tələbin yönəldilməsinə yol verilməyən əmlak növləri sadalanmış və borclunun elektron aktivləri bu siyahıya daxil edilməmişdir.

Həmçinin, bu sahədə dəqiq tənzimləmə mexanizminin müəyyən edilməsi məqsədi ilə tələbin borclunun elektron aktivlərinə yönəldilməsi qaydasını nəzərdə tutan normativ hüquqi akt layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

https://e-qanun.az/framework/1406

https://e-qanun.az/framework/1010

Qanunvericilik bazası hakimlərdən öz aktivlərini illik olaraq açıqlamağı tələb edirmi?

Bəli, ictimaiyyətə açıqlama tələb olunur

Bəli, amma açıqlama ictimaiyyətə açıqlanmır.

Xeyr

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu 5-ci maddə

“Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu

Vəzifəli şəxslər, o cümlədən hakimlər“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5-ci maddəsində göstərilən maliyyə xarakterli məlumatlarını Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim etməlidirlər.

Vəzifəli şəxsin təqdim etdiyi maliyyə xarakterli məlumatlar şəxsi həyatın sirri hesab olunur. Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar həmin məlumatların konfidensiallığının qorunmasını təmin edirlər.

https://e-qanun.az/framework/5809

https://e-qanun.az/framework/10662

Qanunvericilik bazası hər hansı tərəfə, o cümlədən sahibkarlıq subyektlərinə, qeyri-hökumət təşkilatlarına və ya vətəndaş cəmiyyətinə, hətta həmin tərəf faktiki zərər çəkməmiş olsa belə, sahibkarlıq subyektinə qarşı ekoloji mübahisə ilə bağlı məhkəməyə müraciət etməyə imkan verirmi? (Bəli/Xeyr)

Bəli

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi

(Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.)

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.2-ci maddələri

Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər.

https://e-qanun.az/framework/897

https://e-qanun.az/framework/46945

Qanunvericilik bazası hökumətdən sahibkarlıq subyektlərinin ətraf mühitə təsiri (məsələn, çirkləndiricilərin ictimai buraxılışı zamanı) haqqında məlumat toplamasını və ictimaiyyətə açıqlamasını tələb edirmi? (Bəli/Xeyr)

Bəli

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29.1.14-cü maddəsi

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi

Hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar.

Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir.

İnformasiya sahibi ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına, təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatları açıqlamalıdır.

https://e-qanun.az/framework/3852

https://e-qanun.az/framework/11142

Sahibkarlıq subyekti ilə ekoloji mübahisələrə gəldikdə, qanunvericilik bazası məhkəməyə ətraf mühitə dəymiş zərərin spesifik xarakterini aradan qaldırmaq üçün cərimələr və kompensasiya kimi maddi zərərdən başqa əlavə hüquqi müdafiə vasitələri vermək səlahiyyəti verirmi? (Bəli/Xeyr)

Qeyd. Belə əlavə vasitələrə çirklənmiş torpaqların bərpası, ətraf mühitin mühafizəsini dəstəkləmək üçün ödəniş, çirklənmələrə görə məsuliyyət daşıyan işçilərin dövlət xidməti, kommersiya və ya ekoloji lisenziyanın ləğvi, xüsusi tədbirlər və s. aid edilə bilər.

Bəli

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsi

(İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər.

İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda isə, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsi

inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46 və 99-7-ci maddəsinə görəşəxs məhkəmə tərəfindən sahibkarlıq fəaliyyətinin müəyyən növünü həyata keçirməyə icazə verən xüsusi razılığın (lisenziyanın) və ya xüsusi icazənin ləğv edilməsindən və ya digər fəaliyyətlə məşğul olmanın qadağan edilməsindən ibarət müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilə bilər.

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, 71-ci maddənin 2.3-cü, 2.6-cı və 2.9-cu maddələri

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 33-cü maddələri

https://e-qanun.az/framework/46960

https://e-qanun.az/framework/3852

https://e-qanun.az/framework/46956

Beynəlxalq arbitrajı tənzimləyən qanunvericilik bazası varmı? (Bəli/Xeyr)

Bəli

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsi

Bu Qanun arbitrajın yeri Azərbaycan Respublikasında olan beynəlxalq və daxili arbitraja tətbiq edilir.

https://e-qanun.az/framework/56210

Ölkədaxili arbitrajı tənzimləyən qanunvericilik bazası varmı? (Bəli/Xeyr)

Bəli

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsi

Bu Qanun arbitrajın yeri Azərbaycan Respublikasında olan beynəlxalq və daxili arbitraja tətbiq edilir.

https://e-qanun.az/framework/56210

Qanunvericilik bazası yurisdiksiyanız daxilində yerləşən daşınmaz əmlak (məqbul) üzərində hüquqlar ilə bağlı mübahisələrin arbitraj məhkəməsinə verilməsinə icazə verirmi? (Bəli/Xeyr)

Xeyr

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.10-cu maddəsi

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 444.0.1-ci maddəsi

Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları ilə bağlı yaranan mübahisələrin həlli Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aiddir və arbitrajda həll edilə bilməz.

https://e-qanun.az/framework/56210

https://e-qanun.az/framework/46945

Qanunvericilik bazası üçüncü şəxslərin hüquqlarına təsir göstərmədiyi müddətcə əqli mülkiyyət mübahisələrinin (məsələn, patentlər, müəllif hüquqları, ticarət nişanları və s. ilə bağlı) arbitraj məhkəməsinə verilməsinə icazə verirmi? (Bəli/Xeyr)

Xeyr

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.8-ci maddəsi

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 444.0.3-cü maddəsi

Əqli mülkiyyət hüquqlarının müəyyən edilməsi və bu hüquqların qeydiyyatı ilə bağlı mübahisələrin həlli Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aiddir və arbitrajda həll edilə bilməz.

https://e-qanun.az/framework/56210

https://e-qanun.az/framework/46945

Qanunvericilik bazası özəl sahibkarlıq subyektlərinə dövlət orqanları və dövlət müəssisələri ilə kommersiya mübahisələrini arbitraj məhkəməsində həll etməyə icazə verirmi?

Qeyd: Zəhmət olmasa “Bəli” cavabını yalnız dövlət orqanlarından və dövlət müəssisələrindən bu məqsədlə icazə almaq və ya digər əlavə şərtləri yerinə yetirmək tələb olunmadığı təqdirdə cavablandırın.

Bəli, həm yerli, həm də beynəlxalq arbitraj məhkəməsində

Bəli, yalnız yerli arbitraj məhkəməsində

Bəli, yalnız beynəlxalq arbitraj məhkəməsində

Xeyr

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun “Arbitrajda həll edilə bilən mübahisələr” adlı 13-cü maddəsində bununla bağlı hər hansı istisna nəzərdə tutulmamışdır.

https://e-qanun.az/framework/56210

Qanunvericilik bazası tərəflərə milli mənsubiyyətindən, peşə ixtisasından və cinsindən asılı olmayaraq arbitrləri seçməyə imkan verirmi?

Bəli, həm yerli, həm də beynəlxalq arbitraj məhkəməsində

Bəli, yalnız yerli arbitraj məhkəməsində

Bəli, yalnız beynəlxalq arbitraj məhkəməsində

Xeyr

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 14 və 20.1-ci maddələri

İşin nəticəsində maraqlı olmayan, tərəflərdən asılı olmayan və arbitr funksiyasını yerinə yetirmək üçün razılıq verən, 25 yaşı tamam olmuş, ali təhsilli və ixtisası üzrə azı 3 (üç) il iş stajına malik olan fiziki şəxslər arbitr ola bilərlər.

Tərəflər arasında digər razılıq yoxdursa, şəxsin vətəndaşlığı onun arbitr kimi təyin olunmasına mane ola bilməz.

https://e-qanun.az/framework/56210

Qanunvericilik bazası tərəflərə vəkilin milli mənsubiyyətindən, peşə keyfiyyətindən, məhkəmələrə qəbulundan və ya peşəkar təşkilatlara (məsələn, Vəkillər Kollegiyaları) üzvlüyündən asılı olmayaraq, arbitraj məhkəməsində onları təmsil edəcək vəkil seçmək imkanı verirmi?

Bəli, həm yerli, həm də beynəlxalq arbitraj məhkəməsində

Bəli yalnız yerli arbitraj məhkəməsində

Bəli yalnız beynəlxalq arbitraj məhkəməsində

Xeyr

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun “Arbitraj icraatında nümayəndəlik” adlı 38-ci maddəsində vəkillə təmsil olunma ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməmişdir.

https://e-qanun.az/framework/56210

Qanunvericilik bazası arbitrlərə onların arbitraj tribunalına təyin olunmazdan əvvəl və ya sonra, onların qərəzsizliyinə və müstəqilliyinə təsir edən hər hansı halları açıqlamaq vəzifəsini qoyurmu?

Bəli, həm yerli, həm də beynəlxalq arbitrajda

Bəli, ancaq yerli arbitrajda

Bəli, ancaq beynəlxalq arbitrajda

Yox

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsi

Hər hansı bir şəxsə onun arbitr təyin edilməsi ilə bağlı müraciət edildikdə həmin şəxs özünün qərəzsizliyi və müstəqilliyi barədə əsaslı şübhələr yarada biləcək hallar haqqında məlumat verməlidir. Arbitr təyin edildikdən sonra arbitraj icraatı zamanı da bütün belə hallar haqqında təxirə salınmadan tərəflərə məlumat verməlidir, bu şərtlə ki, əvvəlcədən bu məlumatları tərəflərə açıqlamamış olsun.

https://e-qanun.az/framework/56210

Arbitrın müstəqilliyinə və ya qərəzsizliyinə təsir edə biləcək hallar mövcud olduqda, qanunvericilik bazası tərəflərə arbitra etiraz etməyə icazə verirmi?

Bəli, həm yerli, həm də beynəlxalq arbitrajda

Bəli, ancaq yerli arbitrajda

Bəli, ancaq beynəlxalq arbitrajda

Yox

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi

Arbitrə etiraz yalnız onun qərəzsizliyi və müstəqilliyi barədə əsaslı şübhələr yarada biləcək hallar olduqda və ya onun tərəflərin arbitrə dair müəyyən etdikləri tələblərə cavab vermədiyi hallarda edilə bilər. Tərəf özünün təyin etdiyi və ya təyin olunmasında iştirak etdiyi arbitrə yalnız onun təyin edilməsindən sonra ona məlum olmuş əsaslarla etiraz edə bilər.

https://e-qanun.az/framework/56210

Qanunvericilik bazası bir tərəfdən arbitraj sazişinə əsasən arbitrlərin öz yurisdiksiyalarını müəyyən etmək səlahiyyətini tanıyan, digər tərəfdən əsas razılaşma prima facie etibarsız deyilsə, məhkəmələrdən yurisdiksiya ilə bağlı mübahisələrə dair arbitraj tribunalına müraciət etməyi tələb edən kompetenz-kompetenz prinsipini özündə əks etdirirmi?

Bəli, həm yerli, həm də beynəlxalq arbitrajda

Bəli, ancaq yerli arbitrajda

Bəli, ancaq beynəlxalq arbitrajda

Yox

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 17-ci maddələri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsi

Arbitraj məhkəməsi öz səlahiyyəti haqqında, o cümlədən arbitraj sazişinin mövcudluğuna və ya etibarlılığına dair etirazla bağlı qərar çıxara bilər.

Arbitraj sazişinin predmeti olan məsələ ilə bağlı qarşısında iddia qaldırılmış məhkəmə, işə mahiyyəti üzrə baxılmasından əvvəl tərəflərdən hər hansı birindən mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz daxil olduqda, arbitraj sazişi aşkar şəkildə etibarsız deyildirsə, aşkar şəkildə qüvvəsini itirməmişdirsə və ya onun icrasını qeyri-mümkün edən hallar yoxdursa, işi baxılmamış saxlayıb tərəfləri arbitraja yönləndirməlidir.

https://e-qanun.az/framework/56210

https://e-qanun.az/framework/46945

Qanunvericilik bazası məhkəmələrə arbitrajı dəstəkləmək üçün müvəqqəti tədbirlər görməyə imkan verirmi?

Qeyd: Müvəqqəti (həmçinin təmin və ya təhlükəsizlik) tədbirlər mahiyyəti üzrə əsaslı yekun qərarın verilməsi üçün tərəfi arbitraj prosesi zamanı qorumaq məqsədilə arbitrların mahiyyəti üzrə dinləmədən və yekun qərarını verməzdən əvvəl məhkəmənin verə biləcəyi müdafiə vasitələri deməkdir.

Bəli, həm yerli, həm də beynəlxalq arbitrajda

Bəli, ancaq yerli arbitrajda

Bəli, ancaq beynəlxalq arbitrajda

Yox

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsi

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13-cü fəsil

Tərəflərdən birinin ərizəsi əsasında məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərar qəbul edə bilər.

Arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirlərinin tətbiqi Mülki Prosessual Məcəllənin 13-cü fəslinə uyğun həyata keçirilir.

https://e-qanun.az/framework/56210

https://e-qanun.az/framework/46945

Qanunvericilik bazası məhkəmələrə arbitrajı dəstəkləmək üçün sənədlərin hazırlanması və ya şahidlərin gəlməsi barədə göstəriş verməyə imkan verirmi?

✅ Bəli, həm yerli, həm də beynəlxalq arbitrajda

Bəli, ancaq yerli arbitrajda

Bəli, ancaq beynəlxalq arbitrajda

Yox

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2 və 478-480-ci maddələri

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsi

Arbitraj məhkəməsi və ya arbitraj məhkəməsinin razılığı ilə tərəflər sübutların təmin edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə sübutların təmin edilməsi üzrə mövcud qaydalara uyğun olaraq öz səlahiyyətləri daxilində bu müraciətə baxır və qərar qəbul edir.

Arbitraja münasibətdə məhkəmənin yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı icraat Mülki Prosessual Məcəllənin 478-480-ci maddələrinə uyğun həyata keçirilir.

https://e-qanun.az/framework/46945

https://e-qanun.az/framework/56210

Qanunvericilik bazası investor və dövlət arasında arbitrajda üçüncü tərəfin maliyyələşdirməsinə açıq şəkildə icazə verirmi? (Bəli/Xeyr)

Qeyd: "Üçüncü tərəfin maliyyələşdirməsi" mübahisə tərəfinin razılaşdırılmış geri qaytarılma müqabilində mübahisəyə aid olmayan üçüncü tərəfdən arbitraj araşdırması aparmaq üçün maliyyə aldığı razılaşma deməkdir.

Bəli

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsində arbitraj xərclərinin ödənilməsi ilə ilə bağlı xüsusi tələb və ya hər hansı məhdudiyyət mövcud deyil.

https://e-qanun.az/framework/56210

Qanunvericilik bazası məhkəmələrin müvəqqəti qərarları məcburi qərarlar kimi tanımasını və icrasını təmin edirmi?

Qeyd: “Müvəqqəti qərar” (həmçinin təmin qərarı) sonrakı mərhələdə yekun qərara alınmalı olan, arbitraj tribunalının yekun qərarda vermək hüququna malik olacağı müvəqqəti yardımı təmin edən arbitraj qərarı deməkdir.

Bəli, həm yerli, həm də beynəlxalq arbitrajda

Bəli, ancaq yalnız yerli arbitrajda

Bəli, ancaq beynəlxalq arbitrajda

Yox

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsi

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü fəsili

“Arbitraj haqqında” Qanunun 33-cü maddəsinin (Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınmasından və ya icrasından imtina edilməsi üçün əsaslar) tələbləri nəzərə alınmaqla çıxarıldığı ölkədən asılı olmayaraq, məhkəməyə müraciət edilməsi yolu ilə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəməsinin qərarının məcburi hüquqi qüvvəsi tanınır və arbitraj məhkəməsi tərəfindən başqa hal nəzərdə tutulmamışdırsa, icra olunur.

Mülki Prosessual Məcəllənin 54-cü fəsili müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası ilə bağlı icraatı tənzimləyir.

https://e-qanun.az/framework/56210

https://e-qanun.az/framework/46945

Qanunvericilik bazası məhkəməyə yerli arbitraj qərarını qanun pozuntusu və ya faktın yanlışlığı əsasında ləğv etməyə imkan verirmi, yəni ona yerli arbitraj qərarını mahiyyəti üzrə nəzərdən keçirmək səlahiyyəti verirmi (“revision au fond”) )? (Bəli/Xeyr)

Xeyr

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 54.6-cı maddəsi

Azərbaycan Respublikasın Mülki Prosessual Məcəlləsinin 484.4-cü maddəsi

Arbitraj qərarının ləğvi barədə məhkəməyə müraciət edildikdə məhkəmə işə baxarkən irəli sürülən tələb və etirazların əsaslandırıldığı sübutları araşdıraraq arbitraj məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasların olub-olmadığını müəyyən edir. Arbitraj qərarının ləğvi haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.

https://e-qanun.az/framework/56210

https://e-qanun.az/framework/46945

Qanunvericilik bazası məhkəməyə qanun pozuntusu və ya faktın yanlışlığı əsasında xarici arbitraj qərarının tanınmasını və icrasını rədd etməyə imkan verirmi, yəni ona xarici arbitraj qərarını mahiyyəti üzrə nəzərdən keçirmək səlahiyyəti verirmi (“revision au fond”)? (Bəli/Xeyr)

Xeyr

“Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 56.3-cü maddəsi

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 476.3-cü maddəsi

Arbitraj qərarının tanınması və ya icrası haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.

https://e-qanun.az/framework/56210

https://e-qanun.az/framework/46945

Qanunvericilik bazası kommersiya üzrə mediasiyanın məcburi olduğunu müəyyən edirmi: yəni tərəflər məhkəməyə müraciət etməzdən əvvəl və ya iş artıq qəbul edildikdən sonra məhkəmə prosesinə başlamaq üçün mediasiyaya cəhd etməlidirlər? (Bəli/Xeyr; Xeyr - yaxşı təcrübə)

Qeyd: Yalnız mediasiyanın necə işlədiyini izah etmək məqsədilə keçirilən məlumat sessiyası məcburi mediasiya hesab edilmir, bir şərtlə ki, tərəf istənilən vaxt heç bir səbəb göstərmədən sessiyadan çıxa bilər və heç bir sanksiya tətbiq edilməyəcəkdir.

Xeyr

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsi

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsi

“Mediasiya haqqında” Qanunla müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak yalnız ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrə şamil edilir.

https://e-qanun.az/framework/41828

https://e-qanun.az/framework/46945

Qanunvericilik bazası mediatorlara təyin olunmazdan əvvəl və ya sonra onların qərəzsizliyinə və müstəqilliyinə təsir edən hər hansı halları açıqlamaq vəzifəsini qoyurmu? (Bəli/Xeyr)

Bəli

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi

Mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediatorun qərəzsizliyinə mane olan hallar olduqda mediator mediasiyanı aparmaqdan imtina etməlidir.

https://e-qanun.az/framework/41828

Qanunvericilik bazası mediasiya prosesində tərəflərin, mediatorun və hər hansı cəlb edilmiş üçüncü şəxsin arbitrajda, məhkəmə çəkişmələrində və ya mübahisələrin həllinin digər növlərində mediasiya icraatı zamanı təqdim edilmiş sübutlara və ya ifadələrə əsaslanmasını istisna edirmi? (Bəli/Xeyr)

Qeyd: Bu cür məsələlərə mübahisənin mümkün həlli ilə bağlı tərəfin ifadə etdiyi fikirlər və ya təkliflər daxil ola bilər; tərəfin verdiyi bəyanatlar və ya etiraflar; mediator tərəfindən verilən təkliflər; yalnız mediasiya məqsədilə hazırlanmış sənəd və s.

Bəli

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 104.4.6-cı maddəsi

Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, mediasiya zamanı əldə olunan bütün məlumatların konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur.

Mediasiya iştirakçılarının və mediasiyada iştirak edən digər şəxslərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı həmin şəxslər şahid qismində iştirak edə bilməzlər .

https://e-qanun.az/framework/41828

https://e-qanun.az/framework/46945

Qanunvericilik bazası mediasiya barışıq sazişləri üçün müqavilənin pozulmasına görə məhkəməyə müraciət etməklə müqayisədə daha sadələşdirilmiş/sürətləndirilmiş xüsusi icra rejimini nəzərdə tuturmu?

Qeyd: Belə rejimə misal olaraq mediasiya sazişlərinin sadələşdirilmiş məhkəmə icraatına tabe edilməsi (məsələn, məhkəmənin möhürü ilə təsdiq edilməsi, məhkəmə qərarının sürətləndirilməsi və s.), notarial qaydada təsdiq edildikdən sonra onların icrası, onlara arbitraj qərarı statusunun verilməsi daxildir və s.

Bəli, həm məhkəmənin əlavə etdiyi mediasiya, həm də özəl mediasiyada

Bəli, ancaq məhkəmənin əlavə etdiyi mediasiyada

Bəli, ancaq özəl mediasiyada

Xeyr, belə bir rejim təmin edilmir

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4, 52.3, 52.4, 191-ci maddələri və 40-7-ci fəsili

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 31 və 34.4-cü maddələri

Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur.

Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat Mülki Prosessual Məcəllənin 40-7-ci fəsilinə uyğun olaraq aparılır.

Bundan başqa məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər.

Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir.

https://e-qanun.az/framework/46945

https://e-qanun.az/framework/41828

Hakimlərin qeyri-dürüst davranışları, qeyri-qanuni təsir, maraqlar toqquşmasının mövcudluğu, özünü inkar etmə, etik davranış kodeksinin pozulması və s. kimi qeyri-qanuni hərəkətlərinə qarşı verilmiş şikayətlərə baxılması üçün xüsusi olaraq yaradılmış müstəqil yoxlama mexanizmi mövcuddurmu? (Bəli/Xeyr)

Qeyd: “Müstəqil” o deməkdir ki, barəsində şikayət verilmiş hakimlə şikayətə baxan orqan arasında birbaşa tabeçilik yoxdur. “Xüsusi olaraq” yoxlama orqanının mandatının hakimlərin işinə qarşı verilmiş şikayətləri açıq şəkildə əhatə etməsi deməkdir.

Bəli

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-1, 100, 111, 111-1 və 112-ci maddələri

Hakimlər barəsində intizam icraatını yalnız Məhkəmə-Hüquq Şurası başlaya bilər.

Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər.

https://e-qanun.az/framework/3933

İcra məmurlarının qeyri-dürüst davranışları, qeyri-qanuni təsir, maraqların toqquşmasının mövcudluğu, etik davranış kodeksinin pozulması və s. kimi qeyri-qanuni hərəkətlərinə qarşı verilmiş şikayətlərə baxılması üçün xüsusi olaraq yaradılmış müstəqil yoxlama mexanizmi mövcuddurmu? (Bəli/Xeyr)

Qeyd: “Müstəqil” o deməkdir ki, barəsində şikayət verilmiş icra məmuru ilə şikayətə baxan orqan arasında birbaşa tabeçilik yoxdur. “Xüsusi olaraq” yoxlama orqanının mandatının bu cür şikayətləri açıq şəkildə əhatə etməsi deməkdir.

Bəli

Ədliyyə Nazirliyinin Kollegiyasının 27.12.2023-cü il tarixli 20-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”nin 2.1.4, 4.1.19-cu yarımbəndləri

Strateji planlaşdırma və monitorinq baş idarəsi fəaliyyət istiqamətləri üzrə digər funksiyalarla yanaşı, həmçinin nazirliyin sistemində daxili nəzarəti həyata keçirərək ədliyyə işçilərinin, o cümlədən icra məmurlarının qeyri-dürüst davranışları, qeyri-qanuni təsir, maraqlar toqquşmasının mövcudluğu, etik davranış kodeksinin pozulması və s. kimi hərəkətlərinə qarşı verilmiş şikayətlərə baxılmasını təmin edir, xidməti yoxlama, təftiş aparır, habelə korrupsiya hüquqpozmaları ilə bağlı müraciətləri araşdırır.

İcra məmurlarının, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirən İcra xidmətinin Strateji planlaşdırma və monitorinq baş idarəsi ilə hər hansı formada tabeçiliyi yoxdur.

“İcra haqqında” Qanunun 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər.

https://e-qanun.az/framework/55966

https://e-qanun.az/framework/1406

Tərəf icra məmuru ilə sənədlərin qəbulu və təqdim edilməsini əhatə edən elektron vasitələrlə əlaqə saxlaya bilərmi? (Bəli/Xeyr)

Qeyd: “Elektron vasitələr” e-poçt, məhkəmə platforması, icra orqanının portalı, EİS və s. vasitəsilə əlaqəni əhatə edə bilər.

Bəli

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin 8.1.2-8.1.5-ci yarımbəndlərinə əsasən informasiya sistemi istifadəçilərinin xidmətlərdən istifadə etmək üçün elektron kabinet yaratmaq, tərəf olduqları bütün icra işləri barədə mövcud məlumatlarla tanış olmaq, ərizə, şikayət və digər sənədləri icra qurumuna elektron qaydada göndərmək və icraya və müraciətinə dair məlumatları elektron qaydada (elektron poçt və SMS vasitəsilə) almaq hüququ var.

Bundan başqa Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində (www.justice.gov.az) “Dövlət xidmətləri” bölməsinin “İcra xidmətləri” hissəsində “İcra məmuruna elektron müraciət” və “Fiziki və hüquqi şəxslərə tərəf olduqları icra işləri barədə məlumatın verilməsi” elektron xidmətləri mövcuddur.

“İcra məmuruna elektron müraciət” elektron xidməti vasitəsi ilə vətəndaşlar FİN və doğum tarixi əsasında sorğu edərək özlərinin tərəf olduqları icra işləri barədə məlumatları əldə edə, seçdikləri işlə bağlı icra məmuruna müraciət edə, habelə zəruri sənədləri həmin müraciətə əlavə edə bilərlər.

“Fiziki və hüquqi şəxslərə tərəf olduqları icra işləri barədə məlumatın verilməsi” elektron xidməti vasitəsilə müvafiq olaraq FİN və VÖEN daxil etməklə şəxslər tərəf olduqları icra işləri barədə məlumatlarla tanış ola və onları çap edə bilər.

Bundan başqa Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinin “Dövlət xidmətləri” bölməsinin “İcra xidmətləri” hissəsində “İcra qurumları barədə məlumatın əldə edilməsi” elektron xidmətindən istifadə edərək şəxs icra qurumlarının barədə, o cümlədən onların rəsmi elektron poçt ünvanları barədə məlumat əldə edə və icra qurumlarına elektron poçt vasitəsi ilə də müraciət edə bilərlər.

https://exidmet.justice.gov.az:8284/

Məhkəmə konfransları və kommersiya işi üzrə iclaslar tərəflərdən birinin tələbi ilə onlayn (məsələn, məhkəmə platforması və ya Microsoft Teams, Skype, Webex, Zoom və s. kimi digər proqram növləri vasitəsilə) keçirilə bilərmi?

Bəli, bütün işlərdə

Bəli, ancaq təcili işlərdə

Yox

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-2-ci maddəsi

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin 4.2.10-cu yarımbəndi

Məhkəmənin öz təşəbbüsü ilə və yaxud tərəflərin əsaslandırılmış vəsatəti əsasında müvafiq qərardadın qəbul edilməsilə məhkəmə icraatı videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər. Belə ki, hakim tərəfindən məhkəmə iclasına məsafədən qoşulmasına icazə verilən və müvafiq keçid göndərilən proses iştirakçısının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iclasa onlayn qaydada qoşulması texniki baxımdan mümkündür.

İstifadəçilər müvafiq imkandan “Mobil məhkəmə” tətbiqinin yeni versiyasında da yararlana biləcəklər.

Bundan başqa məhkəmə icraatının bütün hallarda tərəflərin istəyi ilə videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi imkanının yaradılması məqsədi ilə Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi ilə bağlı layihə hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

https://e-qanun.az/framework/46945

https://e-qanun.az/framework/45080

Kommersiya qərarlarının icrası zamanı praktikada hərraclar onlayn rejimdə keçirilə bilərmi? (Bəli/Xeyr)

Bəli

Ədliyyə Nazirliyi Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 1-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”

https://e-qanun.az/framework/58179

http://herrac.gov.az/

Ali və apellyasiya məhkəmələrinin bütün kommersiya qərarları ictimaiyyətə pulsuz öyrənməyə imkan verən axtarış edilə bilən məlumat bazasında dərc olunurmu? (Bəli/Xeyr)

Qeyd: “Axtarış məlumat bazası” istifadəçiyə işin növü, mövzusu, qaldırılan hüquqi məsələlər, açar sözlər, hakimlərin adları, tərəflərin adları və s. kimi axtarış meyarlarından istifadə etməklə müvafiq hökmü axtarıb öyrənməyə imkan verən məlumat bazası deməkdir.

Bəli, ali və apellyasiya instansiyalarında

Bəli, ancaq ən yüksək səviyyədə

Bəli, ancaq apellyasiya səviyyəsində

Yox

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin 12.6-cı bəndi

Qanunvericiliyə əsasən məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır.

Bununla əlaqədar “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə qərarlarındakı dövlət, peşə, qulluq, bank, kommersiya, vergi sirri ilə bağlı, habelə şəxsi və ailə həyatına dair fərdi məlumatların avtomatlaşdırılmış rejimdə anonimləşdirilməsi və onların elektron qaydada dərc edilməsi təmin olunmuşdur.

İstifadəçilər “Vahid məhkəmə portalı”nda anonimləşdirilmiş bütün məhkəmə qərarları, o cümlədən Ali və apellyasiya məhkəmələrinin kommersiya işləri üzrə qərarları ilə ödənişsiz tanış ola bilər. Burada həmçinin müxtəlif parametrlər - məhkəmənin adı, hakim, işin, icraatın və aktın növü, işin kateqoriyası və tarix üzrə axtarış etməklə məhkəmə qərarlarının əldə olunması mümkündür.

https://e-qanun.az/framework/3933

https://e-qanun.az/framework/45080

https://courts.gov.az/courtActs

https://e-mehkeme.gov.az/Public/Anonymizedecisions

Birinci instansiya səviyyəsində olan bütün kommersiya qərarları ictimaiyyətə pulsuz öyrənməyə imkan verən axtarış bazasında dərc olunurmu? (Bəli/Xeyr)

Qeyd: “Axtarış məlumat bazası” istifadəçiyə işin növü, mövzusu, qaldırılan hüquqi məsələlər, açar sözlər, hakimlərin adı, tərəflərin adları və s. kimi axtarış meyarlarından istifadə etməklə müvafiq qərarı tapmaq və öyrənmək imkanı verən bazası deməkdir.

Bəli

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi

“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin 12.6-cı bəndi

Qanunvericiliyə əsasən məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır.

Bununla əlaqədar “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə qərarlarındakı dövlət, peşə, qulluq, bank, kommersiya, vergi sirri ilə bağlı, habelə şəxsi və ailə həyatına dair fərdi məlumatların avtomatlaşdırılmış rejimdə anonimləşdirilməsi və onların elektron qaydada dərc edilməsi təmin olunmuşdur.

İstifadəçilər “Vahid məhkəmə portalı”nda anonimləşdirilmiş bütün məhkəmə qərarları, o cümlədən kommersiya məhkəmələrinin qərarları ilə ödənişsiz tanış ola bilər. Burada həmçinin müxtəlif parametrlər - məhkəmənin adı, hakim, işin, icraatın və aktın növü, işin kateqoriyası və tarix üzrə axtarış etməklə məhkəmə qərarlarının əldə olunması mümkündür.

https://e-qanun.az/framework/3933

https://e-qanun.az/framework/45080

https://courts.gov.az/courtActs

https://e-mehkeme.gov.az/Public/Anonymizedecisions

Məhkəmə və ya digər aidiyyəti orqan ildə ən azı bir dəfə kommersiya işləri üzrə qərara dair hesabat dərc edirmi? (Bəli/Xeyr)

Qeyd: “Hesabatın verilməsi vaxtı” hər bir məhkəmə üçün müxtəlif kateqoriyalı kommersiya işlərinin həlli üçün tələb olunan vaxtı ölçən hesabat deməkdir. Xahiş edirik, yalnız [20YY] ili üçün məlumatlar mövcud olduqda Bəli cavabını verin.

Bəli

Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” böməsində “Disposition time

(Məhkəmə işinə baxılma müddəti)” başlığı altında müxtəlif illər üzrə ayrı-ayrı kommersiya məhkəmələrində işlərə baxılma müddətini əks etdirən statistik məlumatlarla tanış olmaq mümkündür.

Eyni zamanda məhkəmə işinə baxılma müddəti ilə bağlı metodologiya da həm azərbaycan, həm də ingilis dillərində qeyd olunan bölmədə yerləşdirilmişdir.

https://courts.gov.az/courtStatistics

Məhkəmə və ya digər aidiyyəti orqan ildə ən azı bir dəfə kommersiya işlərinin həlli ilə bağlı hesabat dərc edirmi? (Bəli/Xeyr)

Qeyd: “İşin Açıqlanması Hesabatı” hər bir məhkəmə üzrə həll edilmiş kommersiya işlərinin sayını hər kateqoriya üzrə daxil olmuş işlərin sayı ilə müqayisə edən hesabatdır. Xahiş edirik, yalnız [20YY] ili üçün məlumatlar mövcud olduqda Bəli cavabını verin.

Bəli

Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” böməsində “Clearence rate

(İşlərin bitmə əmsalı)” başlığı altında müxtəlif illər və həmin illərin rübləri üzrə ayrı-ayrı kommersiya məhkəmələrində işlərin bitmə əmsalını əks etdirən statistik məlumatlarla tanış olmaq mümkündür.

Eyni zamanda işlərin bitmə əmsalının medodologiyası da həm azərbaycan, həm də ingilis dillərində qeyd olunan bölmədə yerləşdirilmişdir.

https://courts.gov.az/courtStatistics

Məhkəmə və ya digər aidiyyəti orqan ən azı ildə bir dəfə ayrı-ayrı məhkəmələr üzrə və məhkəmənin səviyyəsi üzrə (məsələn, birinci instansiya, apellyasiya, ali instansiya) hakimlərin sayına dair statistik məlumat dərc edirmi? (Bəli/Xeyr)

Qeyd: Xahiş edirik, yalnız [20YY] ili üçün məlumatlar mövcud olduqda Bəli cavabını verin.

Bəli

Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” böməsində “Distribution of judges by gender

(Hakimlərin cinsə görə bölgüsü)” başlığı altında ahakimlərin ümumi sayını, habelə yrı-ayrı instansiya məhkəmələri, o cümlədən ali və apellyasiya instansiyası məhkəmələrinin kollegiyaları üzrə hakimlərin sayını göstərən statistik rəqəmlər yerləşdirilmişdir.

https://courts.gov.az/courtStatistics

Hakimlərin sayına dair bu statistik məlumatlar cinslərə görə bölünürmü? (Bəli/Xeyr)

Bəli

Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” böməsində “Distribution of judges by gender

(Hakimlərin cinsə görə bölgüsü)” başlığı altında hakimlərin ümumi sayını, habelə yrı-ayrı instansiya məhkəmələri, o cümlədən ali və apellyasiya instansiyası məhkəmələrinin kollegiyaları üzrə hakimlərin sayını göstərən statistik rəqəmlər yerləşdirilmişdir.

Qeyd olunan statistika eyni zamanda ayrı-ayrılıqda cinslərə görə bölgünü də əhatə etməkdədir.

https://courts.gov.az/courtStatistics

Hüquq mühafizə orqanı və ya digər aidiyyəti orqan ildə bir dəfədən az olmayaraq işlərin kateqoriyası üzrə icra icraatının orta müddəti haqqında statistik məlumat dərc edirmi? (Y/N)

Qeyd: Xahiş edirik, yalnız [20YY] ili üçün məlumatlar mövcud olduqda Bəli cavabını verin.

Bəli

Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinin “Hesabatlar” bölməsində “İcra sənədləri üzrə statistik məlumatlar” başlığı altında icra icraatının orta müddətləri ilə bağlı statistik məlumatlar, habelə bu statistikanın hazırlanmasında əsas götürülmüş metodologiya yerləşdirilir.

https://justice.gov.az/categories/2137

Hüquq mühafizə orqanı və ya digər aidiyyəti orqan ildə bir dəfədən az olmayaraq işlərin kateqoriyası üzrə icra icraatının orta dəyəri haqqında statistik məlumat dərc edirmi? (Bəli/Xeyr)

Qeyd: Xahiş edirik, yalnız [20YY] ili üçün məlumatlar mövcud olduqda Bəli cavabını verin.

Bəli

Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinin “Hesabatlar” bölməsində “İcra sənədləri üzrə statistik məlumatlar” başlığı altında icra icraatlarının orta xərcləri ilə bağlı statistik məlumatlar, habelə bu statistikanın hazırlanmasında əsas götürülmüş metodologiya yerləşdirilir.

https://justice.gov.az/categories/2137

Hüquq mühafizə orqanı və ya digər aidiyyəti orqan ildə bir dəfədən az olmayaraq həll edilmiş icra işlərinin sayı və kateqoriyalar üzrə həll olunmamış işlərin sayı barədə statistik məlumat dərc edirmi? (Bəli/Xeyr)

Qeyd: Xahiş edirik, yalnız [20YY] ili üçün məlumatlar mövcud olduqda Bəli cavabını verin.

Bəli

Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinin “Hesabatlar” bölməsində “İcra sənədləri üzrə statistik məlumatlar” başlığı altında pul tələbi barədə işlərin həll olunması vəziyyəti ilə bağlı statistik məlumatlar, habelə bu statistikanın hazırlanmasında əsas götürülmüş metodologiya yerləşdirilir.

https://justice.gov.az/categories/2137

Kommersiya mediasiyada tərəflər daxili mediasiya institutunun təhlükəsiz onlayn platforması və ya mediatorun internet saytı vasitəsilə mediasiya etmək üçün müraciət edə bilərmi?

Qeyd: Zəhmət olmasa, ilk mediasiya sessiyası zamanı da daxil olmaqla, tərəflərdən sorğunun kağız nüsxələri və təsdiqedici sənədlər tələb olunmayacağı təqdirdə Bəli cavabını verin.

Bəli, həm məhkəmənin əlavə etdiyi mediasiya, həm də özəl mediasiya

Bəli, ancaq məhkəmənin əlavə etdiyi mediasiya

Bəli, ancaq özəl mediasiya

Xeyr, tərəflər onlayn mediasiya etmək üçün sorğu verə bilməz

Vahid Məhkəmə Protalında “Mediatorlar” bölməsində fiziki və hüquqi şəxslər regionlar üzrə mediasiya təşkilatları barədə ətraflı məlumat (təşkilatın adı, fəaliyyət göstərdiyi ərazi, qeydiyyat nömrəsi, ünvanı, əlaqə vasitələri, qurumun qanuni təmsilçisi, mediasiya təşkilatına üzv mediatorlar və s.) əldə edə, habelə fiziki şəxslər fərdi identifikasiya nömrəsini və doğum tarixini, hüquqi şəxslər isə VÖEN-ni daxil etməklə ilkin mediasiya sessiyası üçün elektron ərizə dolduraraq mediasiya təşkilatlarına elektron müraciət edə bilər.

https://courts.gov.az/mediators

Yerli mediasiya institutu(ları) və ya digər aidiyyəti orqan ildə ən azı bir dəfə mediasiya yolu ilə həll edilmiş kateqoriyalar üzrə kommersiya işlərinin sayına dair statistik məlumat dərc edirmi?

Qeyd: Xahiş edirik, yalnız [20YY] ili üçün məlumatlar mövcud olduqda Bəli cavabını verin.

Bəli, həm məhkəmənin əlavə etdiyi mediasiya, həm də özəl mediasiya

Bəli, ancaq məhkəmənin əlavə etdiyi mediasiya

Bəli, ancaq özəl mediasiya

Xeyr, belə statistika dərc edilmir

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7 və 20.1.15-ci maddələri

Vahid Məhkəmə Protalının “Mediatorlar” bölməsində “Mediasiya Şurası - Hesabatlar” başlığı altında Mediasiya Şurasının 2021-2024-cü illər üzrə hesabatları ilə tanış olmaq mümkündür.

https://e-qanun.az/framework/41828

https://courts.gov.az/mediators?region_id=&oq=mediator

https://www.qht.az/details/az/19521

https://moderator.az/az/cemiyyet/593231/mediasiya-surasi-hesabat-teqdim-edib-foto/

Yerli mediasiya institut(ları) və ya digər müvafiq orqan ildə ən azı bir dəfə cinslərə görə bölünmüş mediatorların sayı haqqında statistik məlumat dərc edirmi? (Y/N)

Qeyd: Xahiş edirik, yalnız [20YY] ili üçün məlumatlar mövcud olduqda Bəli cavabını verin.

Bəli, həm məhkəmənin əlavə etdiyi mediasiya, həm də özəl mediasiya

Bəli, ancaq məhkəmənin əlavə etdiyi mediasiya

Bəli, ancaq özəl mediasiya

Xeyr, belə statistika dərc edilmir

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu, 20.1.7 və 20.1.15.-ci maddələr

https://e-qanun.az/framework/41828

https://az.azvision.az/news/335581/--mediasiya-surasinin-3-ayliq-hesabati-%E2%80%93--sened---.html

https://www.e-huquq.az/az/news/mediation/46198.html

iacca
iap
business ready
eplc
Ən Tez