Vətəndaşlar Günel Rzaxanovanın Bakı Hərbi, Zəhra Məmmədovanın və İlkin Seyidlinin Bakı şəhəri Səbail Rayon, Fuad Allahverdiyevin Bakı Apellyasiya və Ramal Məstiyevin Bakı şəhəri Nizami Rayon məhkəmələrinin aparatlarında dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilmiş müsahibələrin nəticəsindən verdikləri şikayətlərə onların iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 28.11.2024-cü il tarixli iclasında baxılıb.
İclasda şikayətçilərin müraciətləri ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərlə onlayn qaydada müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2-ci yarımbəndinə əsasən müsahibə komissiyalarının 07.08, 23.08, 23.08, 26.08 və 18.09.2024-cü il tarixli qərarları ləğv edilərək, namizədlərlə yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.