08.11.2018 - Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Vətəndaş Faiq Tağıyevin direktoru olduğu “Zaur” firmasının sahibkarlıq fəaliyyəti ilə bağlı məhkəmə qərarının icra olunmamasına dair şikayətinə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 08 noyabr 2018-ci il tarixli iclasında baxılıb.

Qeyri-hökumət təşkilatı nümayəndəsinin də dəvət olunduğu iclasda Apellyasiya Şurası tərəfindən müraciət üzrə bütün dəlillər ətraflı müzakirə edilmiş və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.4.1-ci yarımbəndi rəhbər tutularaq şikayətin təmin edilməsi barədə qərar qəbul olunub.

Pul tələbi ilə bağlı müvafiq məhkəmə qərarının icrasının təmin olunmasının təşkili üzrə nazirliyin İcra baş idarəsinə müvafiq göstəriş verilib, həmçinin fəaliyyətində nöqsanlara yol vermiş işçilərin intizam məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılıb.

iacca
iap
business ready
eplc
Ən Tez