Doğum qeydiyyatı
Vətəndaş Vüqar Şahbazovun Astara Rayon Məhkəməsinin aparatında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə keçirilmiş müsahibənin nəticəsindən verdiyi şikayətə onun iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 27.09.2018-ci il tarixli iclasında baxılıb.
Qeyri-hökumət təşkilatının nümayəndəsinin də dəvət olunduğu iclasda V.Şahbazovun müraciəti üzrə toplanmış materiallar ətraflı müzakirə olunub və "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2 və 7.4.1-ci yarımbəndləri rəhbər tutularaq şikayət təmin edilməklə, müsahibə komissiyasının 27.08.2018-ci il tarixli qərarının ləğv edilməsi və onunla yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.