Vətəndaş Əsgər Abbaslının Bakı Apellyasiya Məhkəməsinin aparatında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə keçirilmiş müsahibənin nəticələrindən verdiyi şikayətə onun iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 12.04.2018-ci il tarixli iclasında baxılıb.
Qeyri-hökumət təşkilatının nümayəndəsinin də dəvət olunduğu iclasda Ə.Abbaslının müraciəti üzrə ətraflı müzakirə aparılıb və "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2 və 7.4.2-ci yarımbəndləri rəhbər tutularaq şikayətin qismən təmin edilməklə, müsahibə komissiyasının 28.02.2018-ci il tarixli qərarının ləğv edilməsi və onunla yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.
Qərar icra edilməsi üçün müsahibəni təşkil edən quruma göndərilib.
İclasda həmçinin ölkə Prezidentinin 2018-ci il 5 aprel tarixli Fərmanı ilə yeni redaksiyada verilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn məsələlər geniş müzakirə edilib.