Beynəlxalq əməkdaşlıq haqqında məlumat

Ədliyyə Nazirliyi Azərbaycan Respublikası adından xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını təmin edir, müxtəlif sahələrdə hüquqi yardım göstərilməsi, o cümlədən cinayət törətmiş şəxslərin təslim edilməsi, məhkumların verilməsi ilə və digər məsələlərlə məşğul olur.

Azərbaycan bir çox xarici dövlətlərlə: Türkiyə, Rusiya, Bolqarıstan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, Litva, Çin, Moldova ilə hüquqi yardım haqqında ikitərəfli müqavilələr bağlamışdır.

Ədliyyə Nazirliyi xarici dövlətlərin Ədliyyə nazirlikləri ilə əməkdaşlığa da mühüm əhəmiyyət verilərək 22 ölkənin, o cümlədən Avstriya, Fransa, Niderland, Türkiyə, Rusiya, İtaliya, Litva, İran, Misir, İordaniya, BƏƏ, Çin, Gürcüstanın, Rumıniya, Ukrayna, Bolqarıstanın Ədliyyə Nazirlikləri ilə əməkdaşlığa dair sənədlər imzalamışdır.

Bununla yanaşı, Nazirlik BMT, Avropa Şurası, Avropa Komissiyası, ATƏT, Dünya Bankı, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası, Beynəlxalq Prokurorlar Assosiasiyası, Almaniya Texniki Əməkdaşlıq Təşkilatı, Amerika Hüquqşünaslar Assosiasiyası, Avropa Ümumi Hüquq Təşkilatı ilə səmərəli əməkdaşlıq edir.


iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez