AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ VƏ
QAZAXISTAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ
ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA
S A Z İ Ş
Gələcəkdə "Tərəflər" adlandırılan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Qazaxıstan Respublikası Ədliyyə Nazirliyi, iki dövlətin Ədliyyə Nazirlikləri arasındakı əməkdaşlığın vacibliyini dərk edərək, iki dövlət arasında elmi, texniki və mədəni əməkdaşlığın müsbət təcrübələrini, həmçinin iki dövlət arasında baş verən inteqrasiya proseslərini nəzərə alaraq, azərbaycan və qazaxıstan hüquqşünasları arasında gələcəkdə qarşılıqlı anlaşmanın və dostcasına əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə, aşağıdakılar barəsində razılığa gəldilər:
Tərəflər əməkdaşlığı aşağıdakı istiqamətlərdə həyata keçirəcəklər:
Tərəflər hazırkı Saziş çərçivəsində birgə proqramların hazırlanması üzrə komissiyalar təşkil edə bilərlər.
Tərəflər hazırkı Sazişin yerinə yetirilməsi məqsədi ilə maliyyə imkanlarını nəzərə alaraq hər il müvafiq gələcək il üçün özlərinin konkret əməkdaşlıq layihələrini razılaşdıracaqlar.
Tərəflər əməkdaşlığa dair birgə tədbirlərin maliyyələşdirilməsində, təşkilati və qəbul olunma, həmçinin baş verə biləcək tibbi xərclərin qəbul edən tərəf, getmək və gəlmək üçün nəqliyyat xərclərini isə göndərən Tərəfin ödəməsi prinsipindən çıxış edəcəklər.
Hazrkı Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə əlavələr və dəyişikliklər edilə bilər.
Hazırkı Sazişin fəaliyyət dairəsinə aid olan məsələlər üzrə mübahisələr və fikir ayrılıqları Tərəflər arasında ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Hazırkı Sazişin imzalandığı andan qüvvəyə minir. O Tərəflərdən biri tərəfindən denonsasiya edilə bilər və digər Tərəfin denonsasiya haqqında məlumat almasından 6 ay sonra öz qüvvəsini itirir.
10 iyun 1997-ci ildə Almatı şəhərində azərbaycan, qazax və rus dillərində iki əsil nüsxədə imzalanmışdır, həmçinin bütün mətnlər eyni qüvvəyə malikdir. Hazırkı Sazişin mətninin təfsiri məsələlərində Tərəflər rus dilində olan mətndən istifadə edəcəklər.
AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ ADINDAN |
QAZAXISTAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ ADINDAN |