Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Özbəkistan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 18 iyun 1997-ci ildə Daşkənd şəhərində imzalanmışdır

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və
Özbəkistan Respublikası Ədliyyə Nazirliyi
arasında əməkdaşlıq haqqında
S A Z İ Ş

 

Bundan sonra Tərəflər adlandırılan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Özbəkistan Respublikası Ədliyyə Nazirliyi, Tərəflər arasındakı əməkdaşlığın vacibliyini dərk edərək, İki ölkə arasında elmi, texniki və mədəni əməkdaşlığın müsbət təcrübələrini, həmçinin iki dövlət arasında baş verən inteqrasiya prosesslərini nəzərə alaraq, İki dövlətin hüquqşünasları arasında gələcəkdə qarşılıqlı anlaşmanın və dostcasına əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə, aşağıdakılar barəsində razılığa gəldilər:

Maddə 1

Tərəflər əmkdaşlığı aşağıdakı istiqamətlərdə həyata keçirəcəklər:

  1. Hüquq elmi və praktikasının müxtəlif problemləri ilə əlaqədar ikitərəfli simpoziumların, konfransların və seminarların təşkili;
  2. Qanunvericilik sahəsi və hüquq strukturaları haqqında informasiya mübadiləsi;
  3. Tərəflərin ədliyyə orqanları və idarələrinin təşkili və fəaliyyəti ilə daha ətraflı tanış olmaq məqsədi ilə nümayəndələrin mübadiləsi;
  4. Hüquqi kadrların hazırlanması, mütəxəssislərin qarşılıqlı mübadiləsi işində köməklik göstərilməsi;
  5. Tərəflərin ədliyyə orqan və idarələri arasında tərəfdaşlıq əlaqələrinin yaradılması;
  6. Qanun layihələrinin hüquqi ekspertizası üçün bərabər əsaslarla mütəxəssislər qrupunun təşkil olunması.
Maddə 2

Tərəflər hazırkı Saziş çərçivəsində birgə proqramların hazırlanması üzrə komissiyalar təşkil edə bilərlər.

Maddə 3

Tərəflər hazırkı Sazişin yerinə yetirilməsi məqsədi ilə maliyyə imkanlarını nəzərə alaraq hər il müvafiq gələcək il üçün özlərinin konkret əməkdaşlıq layihələrini razılaşdıracaqlar.

Tərəflər əməkdaşlığa dair birgə tədbirlərin maliyyələşdirilməsində, təşkilati və olma, həmçinin baş verə biləcək tibbi xərclərin qəbul edən tərəf, getmək və gəlmək üçün nəqliyyat xərclərini isə göndərən Tərəfin ödəməsi prinsipindən çıxış edəcəklər.

Maddə 4

Hazırkı Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə əlavələr və dəyişikliklər edilə bilər. Hazırkı Sazişin fəaliyyət dairəsinə aid olan məsələlər üzrə mübahisələr və fikir ayrılıqları tərəflər arasında ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

Maddə 5

Bu saziş imzalandığı gündən qüvvəyə minir və bir Tərəfin onun qüvvəsinə xitam verilməsi niyyəti barədə yazılı xəbərdarlığın digər Tərəfdən alındığı andan altı ay müddətinə qüvvədədir.

Daşkənd şəhərində, 1997-ci ilin iyun ayının "18"-də, iki nüsxədə, hər biri azərbaycan, özbək və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Hazırkı Sazişin mətninin təfsiri məqsədi üçün Tərəflər rus dilində olan mətndən istifadə edəcəklər.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏDLİYYƏ NAZİRLİYİ ADINDAN
ÖZBƏKİSTAN RESPUBLİKASI
ƏDLİYYƏ NAZİRLİYİ ADINDAN

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez