Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 05 avqust 1997-ci ildə Bakı şəhərində imzalanmışdır

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ VƏ
QIRĞIZISTAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ
ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA
S A Z İ Ş

 

Gələcəkdə "Tərəflər" adlandırılan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi, iki dövlətin Ədliyyə Nazirlikləri arasındakı əməkdaşlığın vacibliyini dərk edərək, iki dövlət arasında elmi, texniki və mədəni əməkdaşlığın müsbət təcrübələrini, həmçinin iki dövlət arasında baş verən inteqrasiya prosesslərini nəzərə alaraq, azərbaycan və qırğızıstan hüquqşünasları arasında gələcəkdə qarşılıqlı anlaşmanın və dostcasına əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə, aşağıdakılar barəsində razılığa gəldilər:

Maddə 1

Tərəflər əməkdaşlığı aşağıdakı istiqamətlərdə həyata keçirəcəklər:

  1. Hüquq elmi və praktikasının müxtəlif problemləri ilə əlaqədar ikitərəfli simpoziumların, konfransların və seminarların təşkili;
  2. Qanunvericilik və hüquq strukturaları haqqında informasiya mübadiləsi;
  3. Ədliyyə orqanları və idarələrinin təşkili və fəaliyyəti ilə daha ətraflı tanış olmaq məqsədi ilə Tərəflərin nümayəndələrinin mübadiləsi;
  4. Hüquqi kadrların hazırlanması, mütəxəssislərin qarşılıqlı mübadiləsi işində köməklik göstərilməsi;
  5. Tərəflərin ədliyyə orqan və idarələri arasında tərəfdaşlıq əlaqələrinin yaradılması;
  6. Qanun layihələrinin hüquqi ekspertizası üçün bərabər əsaslarla mütəxəssislər qrupunun təşkil olunması;
  7. Milli ədliyyə sistemlərinin informasiyalaşdırılması sahəsində mütəxəssislərin mübadiləsinin həyata keçirilməsi.
Maddə 2

Tərəflər hazırkı Saziş çərçivəsində birgə proqramların hazırlanması üzrə komissiyalar təşkil edə bilərlər.

Maddə 3

Tərəflər hazırkı Sazişin yerinə yetirilməsi məqsədi ilə maliyyə imkanlarını nəzərə alaraq hər il müvafiq gələcək il üçün özlərinin konkret əməkdaşlıq layihələrini razılaşdıracaqlar.

Tərəflər əməkdaşlığa dair birgə tədbirlərin maliyyələşdirilməsində, təşkilati və qəbul olunma, həmçinin baş verə biləcək tibbi xərclərin qəbul edən tərəf, getmək və gəlmək üçün nəqliyyat xərclərini isə göndərən Tərəfin ödəməsi prinsipindən çıxış edəcəklər.

Maddə 4

Hazırkı Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə əlavələr və dəyişikliklər edilə bilər.

Hazırkı Sazişin fəaliyyət dairəsinə aid olan məsələlər üzrə mübahisələr və fikir ayrılıqları Tərəflər arasında ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

Maddə 5

Hazırkı Saziş imzalandığı andan qüvvəyə minir. O Tərəflərdən biri tərəfindən denonsasiya edilə bilər və digər Tərəfin denonsasiya haqqında məlumat almasından 6 ay sonra öz qüvvəsini itirir. "05" avqust 1997-ci ildə, Bakı şəhərində azərbaycan,qırğız və rus dillərində iki nüsxədə imzalanmışdır, həmçinin bütün mətnlər eyni qüvvəyə malikdir. Hazırkı Sazişin mətninin təfsiri məsələlərində Tərəflər rus dilində olan mətndən istifadə edəcəklər.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏDLİYYƏ NAZİRLİYİ ADINDAN
QIRĞIZISTAN RESPUBLİKASI
ƏDLİYYƏ NAZİRLİYİ ADINDAN

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez