Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Belarus Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 13 may 1999-cu ildə Bakı şəhərində imzalanmışdır

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ VƏ
BELARUS RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ
ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA
S A Z İ Ş

 

Bundan sonra "Tərəflər" adlandırılan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Belarus Respublikası Ədliyyə Nazirliyi , hər iki ölkənin Ədliyyə Nazirlikləri arasında əməkdaşlığın vacibliyini etiraf edərək, iki ölkə arasında elmi, texniki, mədəni və hüquqi əməkdaşlığın müsbət təcrübəsini nəzərə alaraq, iki ölkənin ədliyyə orqanları və idarələri arasında tərəfdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə, azərbayçan və belarus hüquqşünasları arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrini kələcəkdə möhkəmləndirmək məqsədi ilə, aşaqıdakılar barəsində razılığa gəldilər :

Maddə 1

Tərəflər hüquq elmi və təcrübəsinin müxtəlif problemləri üzrə ikitərəfli simpoziumlar, konfranslar və seminarlar təşkil edirlər. Tərəflər mütəmadi olaraq qarşılıqlı maraq doğuran ikitərəfli əməkdaşlıq məsələləri, reqional və beynəlxalq məsələlər üzrə danışıqlar və məsləhətləşmələr keçirəcəklər. Görüşlər Tərəflərin Ədliyyə Nazirləri, nazir müavinləri və ya idarə rəisləri, həmçinin mütəxəssislər səviyyəsində keçirilə bilər. Tərəflər qarşılıqlı əsasda gündəliyi, görüşün vaxtı və yerini, danışıqların və məsləhətləşmələrin səviyyəsini müəyyən edəcəklər.

Tərəflər hazırkı Saziş çərçivəsində qarşılıqlı əsasda kadrların hazırlanması işində bir-birinə kömək göstərəcəklər.

Maddə 2

Tərəflər milli qanunvericiliyini beynəlxalq müqavilələrin müddəalarına uyğunlaşdırılması məqsədi ilə iştirakçısı olduqları BMT çərçivəsində baqlanmış Konvensiyaların, Avropa Konvensiyalarının, hüquqi yardım haqqında və hüquqi sahədə digər beynəlxalq müqavilələrin həyata keçirilməsi üzrə bu beynəlxalq müqavilələrin realizasiyası ilə bağlı məsələlərdə iştirak edən dövlət idarəetmə və məhkəmə orqanları, eləcə də ədliyyə idarələri və digər orqanlarının fəaliyyəti ilə tanışlıq üçün öz mütəxəssislərini qarşılıqlı göndərməklə təcrübə mübadiləsi edirlər. Tərəflər cari məsələləri qarşılıqlı məsləhətləşmələr və ya digər xüsusi şərtləndirilmiş üsullarla həll edirlər.

Maddə 3

Məhkəmə sistemini, məhkəmələrin fəaliyyətinin təşkili məsələləri, həmçinin məhkəmə praktikası və statistikasının öyrənilməsi məqsədi ilə Tərəflər öz məhkəmə orqanlarının mütəxəssis və işçilərinin iştirakı ilə təcrübə mübadiləsi edir, məhkəmə sahəsindəki milli qanunvericiliyin müasirləşdirilməsi üçün meyarlar müəyyən edir, Tərəflərin dövlətlərinin məhkəmə sistemlərinin qarşılıqlı fəaliyyət sferasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətlərini müəyyən edən birgə tədbirlər təşkil edir və həyata keçirirlər.

Maddə 4

Hazırkı Saziş çərçivəsində Tərəflər qarşılıqlı maraq doğuran cinayət, cinayət-prossessual, təsərrüfat, mülki, inzibati hüquq sahələrində, eləcə də qarşılıqlı maraq kəsb edən digər razılaşdırılmış mövzularda qanunvericiliyin təkmilləşdirilməsi və birgə proqramların hazırlanması üzrə hər il komissiya təşkil edə bilərlər. Bu məqsədlər üçün Tərəflər eyni əsasda qanun layihələrinin hüquqi ekspertizası məqsədi ilə mütəxəssislər qrupu təşkil edə bilərlər.

Maddə 5

Tərəflər hazırkı Saziş əsasında öz dövlətlərinin qanunvericiliyi və hüquqi strukturları haqqında informasiya mübadiləsini, milli hüquqi sistemlərin informatizasiyalaşdırılması sahəsində mütəxəssislərin mübadiləsini, həmçinin belə informasiyaları saxlayan və ümumi yaxud xüsusi elektron əlaqə kanalları vasitəsi ilə onlara daxil olunmasını təşkil edən informasiya sistemlərinin yaradılmasını həyata keçirirlər.

Maddə 6

Əməkdaşlığa dair birgə tədbirlərin maliyyələşdirilməsində, əgər başqa hallar barəsində razılığa gəlməmişlərsə, qəbul etmə, olma və qəbul edən dövlətin ərazisində hərəkət etmə, həmçinin ola biləcək tibbi xərcləri qəbul edən tərəf çəkir, görüşün keçirilmə yerinə gəlmə və geri qayıtmaq üçün nəqliyyat xərclərini göndərən Tərəf çəkir pinsipini əsas götürəcəklər.

Maddə 7

Hazırkı Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə yazılı formada əlavə və dəyişikliklər edilə bilər.

Hazırkı Sazişin fəaliyyət sahəsinə aid olan məsələlər üzrə Tərəflər arasındakı mübahisə və fikir ayrılığı ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

Maddə 8

Hazırkı Saziş imzalandığı gündən qüvvəyə minir və qeyri - müəyyən vaxta qədər fəaliyyət göstərir. O Tərəflərdən biri vasitəsi ilə denonsasiya oluna bilər və öz qüvvəsini denonsasiya barədə məlumatı dillər tərəfin aldığı gündən altı ay keçdikdən sonra itirir.

Saziş Bakı şəhərində "13" may 1999-cu ildə iki əsil nüsxədə, azərbaycan, belarus və rus dillərində bağlanmışdır və bütün mətnlər eyni qüvvəyə malikdir. Hazırkı Sazişin mətninin təfsiri məsələlərində Tərəflər rus dilində olan mətndən istifadə edəcəklər.


AZƏRBAYCAN RESPUBLİKASI
ƏDLİYYƏ NAZİRLİYİ ADINDAN

BELARUS RESPUBLİKASI
ƏDLİYYƏ NAZİRLİYİ ADINDAN

iacca
iap
business ready
eplc
Ən Tez