Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Türkiyə Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol - 12 mart 2001-ci ildə Ankara şəhərində imzalanmışdır

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Türkiyə Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol

 

Bundan sonra "Tərəflər" adlandırılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Türkiyə Respublikasının Ədliyyə Nazirliyi, iki Tərəf arasındakı dostluq əlaqələrini gücləndirmək və dərinləşdirmək niyyətilə, ədliyyə orqanlarının cəmiyyət həyatındakı rolunun əhəmiyyətini dərk edərək, hüquqi sahədəki məlumat və təcrübə mübadiləsinin hər iki dövlətin mənafeyinə xidmət edəcəyini bəyan edərək, hər iki Tərəfin beynəlxalq öhdəliklərini, milli qanunvericiliklərini və səlahiyyətlərini nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər,

Maddə 1

Tərəflər öz səlahiyyətləri çərçivəsində aşağıdakı məsələlər üzrə əməkdaşlığı inkişaf etdirəcəklər:

Hüquqi məsələlərdə məlumat mübadiləsi;

Tərəflərin və onlarının ədliyyə orqanlarının təşkili və fəaliyyətləri ilə əlaqədar təcrübə mübadiləsi;

Hakimlərin, prokurorların və ədliyyə işçilərinin təhsilinin qarşılıqlı olaraq dəstəklənməsi;

Qanun layihələrinin hazırlanması və Qanunun müddəalarının həyata keçirilməsi ilə əlaqədar məlumat mübadiləsi;

Hər iki Tərəf üçün faydalı olan digər hüquqi və ədliyyə sahələrində əməkdaşlıq.

Maddə 2

Bu Protokolun müddəalarının həyata keçirilməsi məqsədilə Tərəflər illik konkret əməkdaşlıq proqramlarını hazırlayırlar.

Maddə 3

Tərəflər, əməkdaşlıq məsələlərinin həlli, əməkdaşlıq proqramlarının inkişaf etdirilməsi və həyata keçirilən proqramların yekunlaşdırılması məqsədilə mütəxəssis və işçi qrupları yaradır.

Maddə 4

Tərəflər hər iki dövlətin ədliyyə orqanları arasında birbaşa əlaqələrin və təcrübə mübadiləsinin şərtlərini müəyyən edəcəklər.

Maddə 5

Tərəflər qarşılıqlı maraq kəsb edən mövzularda elmi konfranslar və seminarların təşkil olunmasını asanlaşdıracaqlar.

Maddə 6

Tərəflər qarşılıqlı maraq kəsb edən məsələlərin həlli məqsədilə mütəxəssislərin mübadiləsini təşkil edəcəklər.

Maddə 7

Bu Protokol çərçivəsindəki problemlərlə əlaqədar olaraq yazışmaların aparılmasında göndərən Tərəf, öz dilini istifadə edərək buna əlavə olaraq digər Tərəfin dilində tərcüməsini təmin edir.

Maddə 8

Qarşılıqlı anlaşma əsasında Tərəflər, bu Protokol çərçivəsində öz ölkələrində icra edilən fəaliyyətlərdən irəli gələn bütün xərcləri ödəyir.

Heyətlərin səfərlərində əmələ gələn xərclər aşağıdakı şəkildə ödənir:

Qəbul edən Tərəf, öz ölkəsi daxilində nəqliyyat və qalma xərclərini ödəyir.

Göndərən Tərəf getmə-gəlmə xərclərini ödəyir.

Maddə 9

Bu Protokol qeyri-müəyyən müddətdə qüvvədədir.

Bununla bərabər, Tərəflərdən hər biri, Protokolu digər Tərəfə bildiriş göndərməklə ləğv edə bilər.

Ləğv etmə, digər Tərəfin bu bildirişi aldığı tarixdən üç ay sonra qüvvəyə minir.

Maddə 10

Bu Protokol, hər bir Tərəfin, onun qüvvəyə minməsi üçün dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə bildirişlərin diplomatik kanallarla alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.

Ankarada 12 mart 2001-ci il tarixdə iki nüsxədə, hər biri Azərbaycan və Türk dillərində imzalanmışdır.


Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
adından

Türkiyə Respublikası
Ədliyyə Nazirliyi
adından

iacca
iap
business ready
eplc
Ən Tez