Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Litva Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında
S A Z İ Ş
Bundan sonra "Tərəflər" adlandırılan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Litva Respublikasının Ədliyyə Nazirliyi iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığın vacibliyini dərk edərək,
İki ölkə arasında elmi, texniki və mədəni əməkdaşlığın müsbət təcrübəsini, həmçinin iki dövlət arasında baş verən inteqrasiya proseslərini nəzərə alaraq,
Azərbaycan və Litva hüquqşünasları arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin gələcəkdə möhkəmləndirilməsi məqsədi ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər:
Tərəflər bu Saziş çərçivəsində birgə proqramların hazırlanması üzrə komissiyalar təşkil edə bilərlər.
Tərəflər bu Sazişin yerinə yetirilməsi məqsədi ilə müvafiq maliyyə imkanlarından çıxış edərək, növbəti il üçün öz konkret əməkdaşlıq layihələrini hər il razılaşdıracaqlar.
Tərəflər bu Sazişin icrasından əmələ gələn bütün xərcləri qarşılıqlı razılıq əsasında çəkirlər.
Əməkdaşlıq həyata keçirilərkən rus və ingilis dillərindən istifadə ediləcək.
Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Sazişi, onun 6-cı maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə minin əlavə və dəyişikliklər edilə bilər.
Bu Sazişin fəaliyyət dairəsinə aid olan məsələlər üzrə Tərəflər arasında mübahisələr və fikir ayrılıqları ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Hər bir Tərəf digər Tərəfə diplomatik kanallarla yazılı bildiriş göndərməklə Sazişi denonsasiya edə bilər.
Bu Saziş belə bildirişin alındığı gündən üç ay keçdikdən sonra öz qüvvəsini itirir.
Bakı şəhərində, 12 iyun 2001-ci ildə azərbaycan, litva və rus dillərində hər biri iki nüsxədə olmaqla imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi adından |
Litva Respublikası
Ədliyyə Nazirliyi adından |