Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Niderland Krallığının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu - 4 fevral 2002-ci ildə Haaqa şəhərində imzalanmışdır

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Niderland Krallığının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu

 

Bundan sonra "Tərəflər" adlandırılan Niderland Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Niderland və Azərbaycan Respublikası arasında hüquqi əməkdaşlığın bərqərar olunmasına və inkişafına mühüm əhəmiyyət verərək,

Hüquq və ədliyyə sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsində hər iki dövlətin marağını qeyd edərək,

aşağıdakılar barədə anlaşma əldə etdilər:

Maddə 1

Tərəflər əməkdaşlığı həyata keçirərkən aşağıdakı istiqamətlərə üstünlük verəcəklər:

  1. hər iki dövlətin ədliyyə idarə və müəssisələrinin təşkili və fəaliyyəti ilə tanışlıq və bu məqsədlə Tərəflərin nümayəndə heyətlərinin mübadiləsi;
  2. hüquq ədəbiyyatının və hüquq məsələlərinə dair nəşrlərin, həmçinin hüquq sahəsinə aid olan məlumatların qarşılıqlı mübadiləsi;
  3. qüvvədə olan qanunvericilik haqqında məlumat mübadiləsi;
  4. hakimlərin, penitensiar sistemin əməkdaşlarının və digər ədliyyə işçilərinin peşəkarlıq səviyyəsinin və hazırlığının daha da yaxşılaşdırılması üçün qarşılıqlı sürətdə seminar, mühazirə, təcrübi məşğələ və digər bu kimi tədbirlərin təşkili və keçirilməsi;
  5. Tərəflərin təhsil və ekspertiza müəssisələri arasında əməkdaşlığının təşviq edilməsi;
  6. səlahiyyətləri çərçivəsində hər iki Dövlətin ərazisində olan öz vətəndaşları ilə bağlı məsələlərə baxılması.
Maddə 2

Tərəflər həmçinin ədliyyə sahəsində əməkdaşlığın inkişafına köməklik edən digər sazişlər də bağlaya bilərlər.

Tərəflər əvvəlki maddədə göstərilməyən əməkdaşlıq haqqında hər hansı digər təklifə baxmaq və mümkün olduqda, icra etmək niyyətini bəyan edir.

Maddə 3

Tərəflər bütün məsələləri, o cümlədən əməkdaşlığın həcmini, həmçinin həyata keçirilən hər bir tədbirin maliyyə və təşkilati məsələlərini müəyyənləşdirəcəklər.

Maddə 4

Bu Memorandum qeyri-müəyyən müddətə bağlanır və bir Tərəfin digər Tərəfə yazılı bildirişindən üç ay sonra ləğv edilir.

Haaqa şəhərində, 4 fevral 2002-ci il tarixdə iki nüsxədə imzalanmışdır.

A.H.Kortals
Niderlandın Ədliyyə Naziri

F.F.Məmmədov
Azərbaycan Respublikasının Ədliyyə Naziri

iacca
iap
business ready
eplc
Ən Tez