Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 17 mart 2005-ci il tarixdə Pekin şəhərində imzalanmışdır

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və
Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi
arasında əməkdaşlıq haqqında
S A Z İ Ş

 

Bundan sonra "Tərəflər" adlandırılan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında hüquqi əməkdaşlığın qurulmasına və inkişafına mühüm əhəmiyyət verərək,Hüquq və ədliyyə sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsində hər iki dövlətin marağını qeyd edərək, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər əməkdaşlığı həyata keçirərkən aşağıdakı istiqamətlərə üstünlük verəcəklər:

  1. Hər iki dövlətin ədliyyə idarə və müəssisələrinin təşkili və fəaliyyəti ilə tanışlıq və bu məqsədlə Tərəflərin nümayəndə heyətlərinin mübadiləsi;
  2. hüquq ədəbiyyatının və hüquq məsələlərinə dair nəşrlərin və məlumatların qarşılıqlı mübadiləsi;
  3. qüvvədə olan qanunvericilik haqqında məlumat mübadiləsi;
  4. hakimlərin, penitensiar sistem əməkdaşlarının və digər ədliyyə işçilərinin peşəkarlıq səviyyəsinin və hazırlığının daha da yaxşılaşdırılması üçün seminar, mühazirə, təcrübi məşğələ və digər bu kimi tədbirlərin təşkil edilməsi;
  5. Tərəflərin təhsicxl və ekspertiza müəssisələri arasında əməkdaşlığının təşviq edilməsi.
Maddə 2

Tərəflər həmçinin ədliyyə sahəsində əməkdaşlığın inkişafına köməklik edən razılaşmalar bağlaya bilərlər.

Maddə 3

Tərəflər əməkdaşlığın həmçini, tədbirlərin həyata keçirilməsinin maliyyə və təşkilati məsələlərini müəyyənləşdirəcəklər. Əməkdaşlıq həyata keçirilərkən ingilis dilindən istifadə ediləcək.

Maddə 4

Bu Saziş üç il müddətinə bağlanır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin bir-birinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixindən qüvvəyə minir. Tərəflər Sazişin ləğv edilməsi üçün yazılı bildiriş təqdim etmədikdə, Sazişin qüvvəsi avtomatik olaraq növbəti üç il müddətinə uzadılır.

Hər bir Tərəf digər Tərəfə diplomatik kanallarla yazılı bildiriş göndərməklə Sazişi ləğv edə bilər. Saziş belə bildirişin alındığı gündən üç ay sonra öz qüvvəsini itirir.

Pekin şəhərində, "17" mart 2005-ci ildə iki nüsxədə, hər biri Azərbaycan, çin və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.


Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi adından

Çin Xalq Respublikasının
Ədliyyə Nazirliyi adından

iacca
iap
business ready
eplc
Ən Tez