Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Tacikistan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu - 13 avqust 2007-ci il tarixdə Bakı şəhərində imzalanmışdır

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Tacikistan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında
S A Z İ Ş

 

Bundan sonra Tərəflər adlandırılan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Tacikistan Respublikası Ədliyyə Nazirliyi, hər iki Tərəfin ədliyyə sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsində marağını nəzərə alaraq, qarşılıqlı anlaşma və dostluq əlaqələrinin gələcəkdə möhkəmləndirilməsi məqsədi ilə, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər səlahiyyətləri çərçivəsində bu Sazişə uyğun olaraq və öz dövlətlərinin qanunvericiliyinə əməl edərək qarşılıqlı əməkdaşlığı həyata keçirirlər.

Tərəflər səlahiyyətləri çərçivəsində bu Sazişə uyğun olaraq və öz dövlətlərinin qanunvericiliyinə əməl edərək qarşılıqlı əməkdaşlığı həyata keçirirlər.

Maddə 2

Tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlıq edirlər:

  1. hər iki dövlətin ədliyyə idarələri arasında tərəfdaşlıq əlaqələrinin yaradılması;
  2. mütəmadi olaraq qanunvericilik və digər normativ-hüquqi aktların, həmçinin idarə nəşrlərinin və metodiki materialların mübadiləsi;
  3. ədliyyə idarələrində reyestrin aparılmasının təşkili və normativ- hüquqi aktların qeydiyyatı;

  4. hüquqi informasiya sistemlərinin inkişafı;
  5. Tərəflərin fəaliyyəti barədə informasiya mübadiləsi;
  6. ədliyyə idarələri üçün kadrların peşəkarlıq səviyyəsinin artırılması;
  7. qarşılıqlı maraq doğuran məsələlər üzrə elmi-tədqiqat fəaliyyəti;
  8. hər iki tərəfin ədliyyə idarələrinin təşkili və fəaliyyəti ilə tanış olmaq məqsədi ilə Tərəflərin nümayəndə heyətlərinin mübadiləsi;
  9. ədliyyə işçilərinin peşəkarlıq səviyyəsinin və hazırlığının yüksəldilməsi üçün qarşılıqlı əsasda seminar, mühazirə, təcrübi məşğələ və digər bu kimi tədbirlərin təşkili və həyata keçirilməsi;
  10. qanunların və digər normativ hüquqi aktların layihələrinin işlənilməsində informasiya təminatına köməklik edilməsi;
Maddə 3

Bu Saziş Tərəflərə qarşılıqlı surətdə əməkdaşlığın digər istiqamət və formalarının müəyyənləşdirilməsinə və inkişafına maneələr törətmir.


Maddə 4

Tərəflər həmçinin, onların arasında ədliyyə sahəsində əməkdaşlığın inkişafına köməklik edən digər Sazişlər bağlaya bilərlər.


Maddə 5

Sorğular yazılı formada göndərilir. Təxirəsalınmaz hallarda onlar sonradan mütləq üç gün ərzində yazılı şəkildə təsdiq olunaraq göndərilməsi şərti ilə, o cümlədən mətnin texniki vasitələrlə ötürülməsindən istifadə olunmaqla şifahi surətdə də verilə bilər.

Sorğu edilən Tərəf sorğunun tez və daha dolğun icrasını təmin etmək məqsədi ilə zəruri tədbirləri görür.

Maddə 6

Bu Saziş çərçivəsində Tərəflərin əməkdaşlığının əlaqələndirilməsi onların aşağıdakı struktur bölmələrinə həvalə olunur (bundansonra nümayəndələr):

Azərbaycan tərəfindənAzərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə;

Tacikistan tərəfindənTacikistan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq hüquqi əlaqələr və Tacikistan Respublikasının iqtisadi maraqlarının qorunması idarəsinə.

Bu maddə ilə nəzərdə tutulan Tərəflərin nümayəndələri birbaşa olaraq bir-biri ilə əlaqə yaradırlar.

Maddə 7

Tərəflərin nümayəndələri zərurət yarandığı halda bu Saziş üzrə əməkdaşlığın səmərəliliyinin artırılması və möhkəmləndirilməsi məsələlərinə baxılması məqsədilə işçi görüşləri və məsləhətləşmələri keçirəcəklər.

Maddə 8

Tərəflər, bu Saziş çərçivəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsində, onların təşkili və nümayəndə heyətlərinin dövlət ərazisində qalma xərclərini qəbul edən Tərəfin, hər iki başa nəqliyyat xərclərini isə göndərən Tərəfin ödəməsi prinsipinə əsaslanacaqlar.

Maddə 9

Əməkdaşlıq həyata keçirilərkən rus dilindən istifadə ediləcək.

Maddə 10

Tərəflərin hər birinin təşəbbüsü ilə bu Sazişin 11-ci maddəsinə müvafiq olaraq qüvvəyə minən, onun ayrılmaz hissəsi olan və ayrıca protokol şəklində tərtib olunan əlavələr və dəyişikliklər bu Sazişə daxil edilə bilər.

Maddə11

Bu Saziş üç il müddətinə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

Tərəflərdən heç biri Sazişin qüvvəsinin başa çatmasına ən azı altı ay qalmış onun ləğv edilməsi barədə yazılı bildiriş göndərməzsə, Sazişin qüvvəsi avtomatik olaraq növbəti üç illik müddətlərə uzadılır.

Bakı şəhərində, 13 avqust 2007-ci il tarixində iki nüsxədə, hər biri Azərbaycan, tacik və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı halda Tərəflər rus dilində olan mətnə müraciət edəcəklər.


Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi adından

Tacikistan Respublikasının
Ədliyyə Nazirliyi adından

iacca
iap
business ready
eplc
Ən Tez