Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Slovakiya Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum - 12 may 2009-cu il tarixdə Bakı şəhərində imzalanmışdır

Bundan sonra "Tərəflər" adlandırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Slovakiya Respublikası Ədliyyə Nazirliyi hər iki dövlət arasında ədliyyə sahəsində əlaqələri daha da genişləndirmək və gücləndirmək arzusunu ifadə edərək, cəmiyyətlərində ədliyyənin rolu və əhəmiyyətini nəzərə alaraq, Tərəflər arasında ədliyyə sahəsində bilik və təcrübə mübadiləsinin zəruriliyini qeyd edərək, Tərəflərin beynəlxalq öhdəliklərini və milli qanunvericiliyini nəzərə alaraq, aşarıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Tərəflər aşağıdakı sahələr üzrə əməkdaşlığı, məlumat və təcrübə mübadiləsini dəstəkləyəcəklər:

  1. daxili qanunvericilik və hüquqi xarakterli məlumatlar;
  2. məhkəmə sisteminin idarəetməsi;
  3. elektron ədliyyə;
  4. ədliyyənin təşkili;
  5. birgə razılığa əsasən digər məsələlər.

Maddə 2

Bu Memorandumun 1-ci maddəsində göstərilən sahələr üzrə əməkdaşlığın həyata keçirilməsi məqsədilə Tərəflər normativ aktlar, hüquqi sənəd və rəylərlə bağlı mübadilə aparacaq, birgə seminar və məsləhətləşmələr təşkil edəcəklər.

Maddə 3

Tərəflər qarşılıqlı maraq kəsb edən məsələlər üzrə müzakirələrin aparılması məqsədilə ekspert nümayəndə heyətlərinin mübadiləsini və qarşılıqlı tədris səfərlərinin təşkilini dəstəkləyəcəklər.

Maddə 4

Tərəflər Memorandumun 2-ci və 3-cü maddələrində göstərilən tədbirlərdən irəli gələn səfərlərlə bağlı xərcləri qarşılıqlılıq prinsipinə və milli qanunvericiliyə əsasən aşağıdakı qaydada ödəyirlər;

a) qəbul edən Tərəf tədbirin təşkili və ölkə daxilində qalma və nəqliyyat xərclərini ödəyir;

b) göndərən Tərəf səfərin baş tutacağı ölkəyə gediş və gəliş xərclərini ödəyir.

Maddə 5

Yazışma və əlaqələr Azərbaycan, slovak və/və ya ingilis dillərində həyata keçirilir.

Maddə 6

Tərəflərin qarşılıqlı razılığı ilə Memoranduma onun ayrılmaz hissəsi olan Protokollarla rəsmiləşdirilən və 7-ci maddəsinə uyğun olaraq qüvvəyə minən müvafiq əlavə və dəyişikliklər edilə bilər.

Maddə 7

Memorandum hər bir Tərəfin daxili qanunvericiliyinə əsasən qüvvəyə minir və Tərəflərdən birinin onun ləğv edilməsi ilə bağlı yazılı bildirişin göndərdiyi tarixdən altı ay keçdikdən sonra öz qüvvəsini itirir.

Bakı şəhərində, «12» may 2009-cu il tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, slovak və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Memorandumun müddəalarının təfsirində fıkir ayrılığı yarandığı təqdirdə, ingilis dilində olan mətn əsas götürüləcəkdir.


Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi adından

Slovakiya Respublikasının
Ədliyyə Nazirliyi adından

iacca
iap
business ready
eplc
Ən Tez