Vətəndaş Məhəmmədəli Əsgərovun Abşeron Rayon Məhkəməsinin aparatında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə keçirilmiş müsahibənin nəticələrindən verdiyi şikayətə onun iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 11.01.2019-cu il tarixli iclasında baxılıb.
Qeyri-hökumət təşkilatının nümayəndəsinin də dəvət olunduğu iclasda M.Əsgərovun müraciəti üzrə ətraflı müzakirə aparılıb və "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2 və 7.4.1-ci yarımbəndləri rəhbər tutularaq şikayət təmin edilmiş, müsahibə komissiyasının 11.12.2018-ci il tarixli qərarı ləğv olunmuş və onunla yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.
Qərar icra edilməsi üçün müsahibəni təşkil edən quruma göndərilib.