Doğum qeydiyyatı
Vətəndaş Ülkər Zeyniyevanın Binəqədi Rayon Məhkəməsinin aparatında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə keçirilmiş müsahibənin nəticələrindən verdiyi şikayətə onun iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 15.02.2019-cu il tarixli iclasında baxılıb.
İclasda Ü.Zeyniyevanın müraciəti üzrə ətraflı müzakirə aparılıb və "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2 və 7.4.1-ci yarımbəndləri rəhbər tutularaq şikayət təmin edilmiş, müsahibə komissiyasının 14.01.2019-cu il tarixli qərarı ləğv olunmuş və onunla yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.
Qərar icra edilməsi üçün müsahibəni təşkil edən quruma göndərilib.