Doğum qeydiyyatı
Vətəndaş Sadiq Həmidovun Sumqayıt Apellyasiya Məhkəməsinin aparatında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə keçirilmiş müsahibənin nəticəsindən verdiyi şikayətə onun iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 15.08.2019-cu il tarixli iclasında baxılmışdır.
Vətəndaş cəmiyyətinin təmsilçisinin də dəvət olunduğu iclasda S.Həmidovun müraciəti üzrə ətraflı müzakirə aparılıb və "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2 və 7.4.1-ci yarımbəndləri rəhbər tutularaq şikayət təmin edilmiş, müsahibə komissiyasının 04.07.2019-cu il tarixli qərarı ləğv olunmuş və onunla yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.