Konvensiyanın 19-cu maddəsi üzrə iştirakçı-dövlətlər tərəfindən təqdim olunmuş məruzələrin baxılması. İşgəncələrə qarşı Komitənin yekun icmalı (30-cu sessiya - 6 may 2003-cü il)

AZƏRBAYCAN

1. Komitə, 30 aprel və 1 may 2003-cü il tarixində keçirilmiş 550 və 553-cü iclaslarında (CAT/C/SR.550 və 553) Azərbaycanın ikinci dövri məruzəsinə (CAT/C/59/Add.1) baxmış və aşağıdakı yekun icmalını şəbul etmişdir.

A. Giriş

2. Komitə, Azərbaycanın ikinci dövri məruzəsinə, həmçinin yüksək səviyyəli nümayəndə heyətinin təqdim etdiyi şifahi məlumata görə minnətdarlığını bildirir. Komitə xüsusilə onun növbəti irad və tövsiyələrinin ciddi olaraq baxılacağına dair iştirakçı-dövlətin verdiyi vədi alqışlayır.

3. Xüsusilə hüquqi müddəaları nəzərdə tutan və Konvensiyanın təcrübədə həyata keçirilməsi üzrə ətraflı məlumatı əks etdirməyən məruzə onların tərtib edilməsi üzrə Komitənin rəhbər prinsiplərinə tam uyğun deyil. Komitə qeyd edir ki, növbəti dövri məruzədə implementasiya ilə bağlı daha konkret məlumat öz əksini tapmalıdır.

B. Müsbət cəhətlər

4. Komitə, aşağıdakı müsbət inkişafı qeyd edir:

a) Komitənin əvvəlki yekun icmalını nəzərə almasına yönəldilmiş iştirakçı-dövlətin səylərini, xüsusilə Prezidentin 10 mart 2000-ci il tarixli Sərəncamını;

b) Komitəyə fərdi şikayəti təqdim etmək imkanı yaradan Konvensiyanın 22-ci maddəsi üzrə bəyanatı;

s) insan hüquqları sahəsində bir sıra vacib olan müqavilələrin, xüsusilə İşgəncələrə və digər qəddar, insanlıqdan kənar və ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə Avropa Konvensiyasının təsdiq edilməsini;

d) Cinayət və Cinayət-Prosessual Məcəllələrinin qəbul olunduğunu daxil etməklə geniş hüquqi və qanunvericilik islahatlarının iştirakçı-dövlət tərəfindən həyata keçirilməsini;

e) yeni Cinayət Məcəlləsinə işgəncə cinayətinin daxil edilməsini və iştirakçı-dövlətin məruzəsində bu cinayətə görə bəzi məhkum etmə hallarının göstərilməsini;

f) Daxili İşlər Nazirliyinin tərkibində olan istintaq təcridxanaların Ədliyyə Nazirliyinin ixtiyarına verilməsini;

g) Ombudsman təsisatının yaradılmasını;

h) azadlıqdan məhrum etmə yerlərində vərəm xəstəliyi hallarının azaldılması üçün tədbirlərin görülməsinə iştirakçı-dövlətin verdiyi vədi;

i) Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin azadlıqdan məhrum etmə yerlərində ittiham olunmuş şəxslərlə maneəsiz görüşlərinə imkan yaradan BQXK ilə bağlanmış Sazişi, habelə qeyri-hökümət təşkilatları üçün penitensiar müəssisələrində görüşlərin və monitorinqin keçirilməsi məqsədilə girişin qeyri-məhdud olduğu barədə iştirakçı-dövlətin verdiyi vədi.

C. Narahatçılıq doğuran məsələlər

5. Komitə, aşağıdakı məsələlərlə bağlı öz narahatçılığını bildirir:

a) polis bölmələri və müvəqqəti saxlama yerlərində, həmçinin istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində olan işgəncələr və qəddar davranış ilə bağlı çoxlu məlumatların daxil olmaqda davam etməsi;

b) Cinayət Məcəlləsinin 133-cü maddəsində Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş işgəncələrin məqsədlərinə istinadı əks etdirmədiyinə, işgəncə aktlarının sistemli döymə və digər zorakılıq aktları ilə məhdudlaşdırılmasına və işgəncələrin tətbiqinə sükutla razılıq verən rəsmilərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutmadığına görə, yeni Cinayət Məcəlləsində öz əksini tapmış işgəncə anlayışının Konvensiyanın 1-ci maddəsinə uyğun olmaması;

c) Konvensiyanın 3-cü maddəsinin həyata keçirilməsi, şəxslərin real işgəncə riski ilə qarşılaşdığı ölkəyə onların verilməsi və müvafiq şəxslərə verilmiş hüquq və təminatlar barədə məlumatın olmadığı;

6. Komitə, qanunvericilik çərçivə ilə onun təcrübədə həyata keçirilməsi arasında əsaslı uyğunsuzluqların olması və aşağıdakılardan öz narahatçılığını bildirir:

a) yeni qanunvericiliyə baxmayaraq məhkəmə müstəqilliyinin, şübhəsiz, mövcud olmadığından;

b) bəzi insanların polis bölmələrində Cinayət-Prosessual Məcəlləsində müəyyən edilən 48 saat müddəti ilə məhdudlaşdırılmış vaxtdan artıq saxlanılması və istisna hallarda yerli polis bölmələrində şəxslərin 10 gün müddətinə qədər müvəqqəti saxlanıla biləcəyi barədə məlumatın olmasından;

c) bir çox hallarda polis bölmələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərin işgəncəyə qarşı vacib təminatlar olan müstəqil vəkil və tibb işçisi ilə təxirə salmadan və eyni qaydada təmin edilməməsindən; polis bölmələrində bir sıra insanların vəkil ilə görüşmək hüququndan imtina etməyə məcbur edilməsi və tutulmuş şəxsin xahişi ilə deyil, yalnız rəsmilərin göstərişi əsasında tibb ekspertlərilə görüşməsi barədə məlumatın olduğundan;

d) İşgəncələr üzrə Xüsusi məruzəçinin tövsiyələrinə baxmayaraq, Milli Təhlükəsizlik Nazirliyi istintaq təcridxanasının fəaliyyətinin davam etməsi və onun ibtidai istintaqı həyata keçirən eyni dövlət orqanın tabeçiliyində olmasından;

e) hüquq müdafiəçilərinin və hüquq-müdafiə təşkilatlarının sıxışdırılması və onlara hücumların edilməsi barədə məlumatdan;

f) ömürlük azadlıqdan məhrum olunmuş şəxslərə qarşı tətbiq edilən xüsusilə kəskin rejimdən;

g) azadlıqdan məhrum olunmuş şəxslərin şikayət vermək imkanlarının yazışma senzurası ilə qeyri-qanuni məhdudlaşdırılması və hökümət orqanları tərəfindən şikayətçilərin cəza tədbirlərindən müdafiəsinin təmin edilməsindən;

h) iştirakçı-dövlət tərəfindən işgəncələr və qəddar davranış ilə bağlı bir sıra halların təxirəsalmadan, qərəzsiz və tam təhqiqatının aparılmaması, habelə həmin əməlləri törətməkdə təqsirləndirilən şəxslərin ittiham olunması üçün qeyri-qənaətbəxş səylərdən;

i) azadlıqdan məhrum etmə yerlərinə baş çəkməsi və nəzarət edilməsində səlahiyyəti olan müstəqil orqanın təsis edilməməsi və qeyri-hökümət təşkilatlarının penitensiar müəssisələrinə getmək imkanının məhdud olduğu faktından;

j) kompensasiyanın cüzi sayda qurbanlar tərəfindən alınması faktından;

k) çox hallarda hakimlər azadlıqdan məhrum olunmuş şəxslərə edilən işgəncələr və onlarla qəddar davranış ilə bağlı bəlli olan dəlillərə baxılmasından imtina etmələri və müstəqil tibb ekspertizasını tələb etməmələri və ya istintaqın yenidən keçirilməsi üçün məhkəmə işlərinin geriyə qaytarmamaları barədə məlumatların olmasından.

D. Tövsiyələr

7. Komitə, iştirakçı-dövlətə aşağıdakıları tövsiyə edir:

a) milli qanunvericilikdə işgəncə cinayətinin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş anlayışa uyğunlaşdırılmasının təmin edilməsini;

b) şəxslərin müvəqqəti saxlama yerlərində (prolis böləmələrində) 48 saatdan artıq müddətinə təcrübədə saxlanıla bilməməsinin və şəxslərin yerli polis bölmələrinin müvəqqəti saxlama yerlərində 10 gün müddətinə qədər saxlanılması imkanının ləğv edilməsinin təmin edilməsini;

c) polis işçilərinə, istintaq orqanlarına və istintaq təcridxanasının heyətinə tutulmuş və ya həbs edilmiş şəxslərin tutulduqdan və ya həbs edildikdən dərhal sonra vəkil ilə və yalnız müvəqqəti saxlama yerləri və ya istintaq təcridxanaları rəhbərliyinin yazılı icazəsi ilə deyil, eyni zamanda, tutulmuş və ya həbs edilmiş şəxsin xahişi ilə tibbi yardımla təmin edilməsi hüququna onlar tərəfindən hörmət edilməli olması barədə aydın təlimatların verilməsini, iştirakçı-dövlət tibb ekspertlərinin tam müstəqilliyini təmin etməlidir;

d) Milli Təhlükəsizlik Nazirliyi təcridxanasının Ədliyyə Nazirliyinin səlahiyyətlərinə verilməsi və ya onun fəaliyyəinin dayandırılmasını;

e) Məhkəmə müstəqilliyinin əsas Prinsiplərinə uyğun olaraq məhkəmə müstəqilliyinin tam təmin edilməsini;

f) yeni Vəkillər Kollegiyasının təxirəsalınmadan yaradılmasının təmin edilməsini və cinayət işləri sahəsində məşğul ola bilən müstəqil və ixtisaslaşdırılmış hüquqşünasların lazımi qədər sayının təmin edilməsi üçün tədbirlərin görülməsini;

g) Ombudsmanın tam müstəqilliyinin təmin edilməsini;

h) qeyri-hökümət insan hüquqları müdafiəçilərinin və təşkilatlarının tam müdafiəsinin təmin edilməsini;

i) bütün şəxslərin real işgəncə riski ilə qarşılaşa biləcəyi ölkəyə onların ekstradisiya edilməsi barədə hər hansı qərara yenidən baxmaq hüququna malik olmasının təmin edilməsini;

j) polislərə, cəzaçəkmə müəssisələri işçilərinə, hüquq mühafizə orqanları heyətinə, hakimlərə və azadlıqdan məhrum etmə yerlərində olan bütün insanların işgəncədən və qəddar davranışdan müdafiəsində öhdəlik daşıyan həkimlərə təhsil və təlimin keçirilməsi üçün səylərin gücləndirilməsini, Tibb heyətinin işgəncə və qəddar davranış əlamətlərinin aşkar edilməsi və belə halların sənədləşdirilməsi üçün təlimlərin keçirilməsinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir;

k) azadlıqdan məhrum olunmuş şəxslərin müstəqil vəkil ilə təmin edilməsi, yazışmalara qoyulan senzura qaydalarına yenidən baxılması və şikayətçilərin təcrübədə təzyiq tədbirlərindən müdafiəsinin təmin edilməsi vasitəsilə onların şikayət vermək hüququnun təmin edilməsini;

l) Konvensiya ilə uyğunluğun təmin edilməsi məqsədilə ömürlük azadlıqdan məhrum olunmuş şəxslərlə davranışın yenidən nəzərdən keçirilməsini;

m) bütün azadlıqdan məhrüm etmə yerlərinin müntəzəm və sərbəst olaraq təftiş edilməsi üçün sistemin yaradılması və həmçinin aidiyyatı dövlət orqanlarına təlimatların verilməsi vasitəsilə təcrübədə həmin azadlıqdan məhrum etmə yerlərinə qeyri-hökümət təşkilatlarının baş çəkməsinə köməkliyin göstərilməsini;

n) işgəncələr və qəddar davranış ilə bağlı bütün şikayətlər təxirəsalınmadan, qərəzsiz və tam təhqiqatının aparılmasının təmin edilməsini və rəsmilər tərəfindən tətbiq edilən işgəncə və digər qəddar davranış barədə bütün şikayələrin əldə edilməsi və təhqiqatın aparılmasında səlahiyyəti olan müstəqil qurumun təsis edilməsini. İştirakçı-dövlət bununla bağlı həmçinin Prezidentin 10 mart 2000-ci il tarixli Sərəncamının həyata keçirilməsini təmin etməlidir.

o) işgəncə qurbanları üçün ödənilmə, kompensasiya və reabilitasiyanın təcrübədə təmin edilməsinə köməkliyin göstərilməsini;

p) Komitəyə təqdim edilən məruzələrin, Komitənin xülasə və tövsiyələrinin, habelə müzakirənin protokollarının müvafiq dillərdə ölkədə geniş yayılmasını.

8. Komitə, iştirakçı-dövlətdən növbəti dövri məruzəsində aşağıdakı məlumatın verilməsini xahiş edir:

a) xüsusilə polisdə və müvəqqəti saxlama yerlərində olan şəxslərin hüquqları, 1998-ci il tarixli "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Qanunun və ya digər qanunvericiliyin, Konvensiyanın 3-cü maddəsinin həyata keçirilməsi, və Ombudsmanın mandatı və fəaliyyəti ilə bağlı öz qanunvericiliyinin və Komitə tövsiyələrinin təcrübədə həyata keçirilməsi üzrə ətraflı məlumatı, o cümlədən statistik məlumatı;

b) hüquq mühafizə orqanlarının rəsmiləri tərəfindən törədilməsi güman edilən işgəncə və ya qəddar davranışla əlaqədar şikayətlər barədə cinayətlər, coğrafi yerləşmə, mənşəyi və növü əsasında toplanılan təfsilatlı statistik məlumatlar, habelə əlaqədar təhqiqat, istintaq və cinayət və inzibati ittiham.

9. Komitə, cavabsız qalan suallara dair əlavə yazılı məlumatın təqdim ediləcəyinə nümayəndə heyəti tərəfindən verilən vədi qiymətləndirir.

10. Komitə, təxirəsalınmadan bir il ərzində 7 c, f, h, i, və n bəndlərində əks olunmuş Komitə tövsiyələrinə cavab ilə bağlı məlumatın göndərilməsini iştirakçı-dövlətdən xahiş edir.

Qeyri-rəsmi tərcümə

iacca
iap
business ready
eplc
Ən Tez