Ədliyyə Nazirliyində Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş ədəbiyyat sərgisi açılmışdır

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunur. Rəngarəngliyi, zənginliyi və ifadə forması ilə seçilən bu tədbirlər Heydər Əliyev şəxsiyyətinə ümumxalq məhəbbətinin təzahürüdür.

Ədliyyə Nazirliyinin yubileylə bağlı hazırladığı Tədbirlər planına əsasən may ayının 1-də nazirlikdə Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası ilə birgə Dövlətçiliyimizin memarı-Heydər Əliyev mövzusunda ədəbiyyat sərgisi açılmışdır.

Sərginin ekspozisiyasında ulu öndərimiz Heydər Əliyevin şərəfli həyat yolunu, ictimai-siyasi fəaliyyətini, Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsi və inkişafı sahəsindəki misilsiz xidmətlərini əks etdirən sənət nümunələri toplanmışdır.

Tədbiri giriş sözü ilə açan ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin şanlı tarixini yaradan Heydər Əliyevin siyasi uzaqgörənliyi, müdrikliyi, qətiyyəti haqqında, eyni zamanda, milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanılmasında və dövlət quruculuğundakı əvəzedilməz rolu barədə fikirlər söyləmiş, açılan sərgini ulu öndərimizin titanik əməyinin salnaməsi kimi dəyərləndirmişdir. Heydər Əliyevin bilavasitə rəhbərliyi altında aparılan hüquqi islahatlarlardan söz açan nazir ümumilli liderimizin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın tarixi inkişaf yolu keçdiyini, görkəmli şəxsiyyətin çoxşaxəli fəaliyyəti, siyasi iradəsi sayəsində dünya dövlətləri birliyində layiqli yer tutmasını qeyd etmişdir. Bu gün də həmin siyasi kursun uğurla davam etdirildiyini vurğulayan ədliyyə naziri, prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı, mədəni yüksəlişi, elmi-texniki tərəqqisi naminə demokratik dəyərlərə, humanist prinsiplərə əsaslanan Heydər Əliyev ənənələrindən məharətlə bəhrələnərək müasir Azərbaycan tarixinin şanlı səhifələrini yaratdığını diqqətə çatdırmışdır.

Sərginin açılışında Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasının direktoru, filologiya elmlər namizədi Aybəniz Əliyeva-Kəngərli çıxış edərək, ulu öndərimizin siyasi iradəsindən, müdrikliyindən söz açmışdır. Bildirilmişdir ki, bu gün dahi şəxsiyyətin irsinin öyrənilməsi üçün geniş elmi-tədqiqat işləri aparılır, onun siyasi fəaliyyətinin, mənalı ömrünün müxtəlif sahələrini işıqlandıran monoqrafiyalar, traktatlar, bədii-publisistik ədəbiyyat çap olunur, rəsm əsərləri, sənət nümunələri yaradılır və bu sərgidə onların yalnız bir qismi nümayiş etdirilir.

Sonra Heydər Əliyev şəxsiyyətinin müxtəlif çalarlarına işıq salan silsilə ədəbiyyat nümunələri ədliyyə işçilərinə təqdim olunmuş, nazirliyin kinozalında ulu öndərin həyat və zəngin fəaliyyətinə həsr olunmuş filmlər nümayiş etdirilmişdir.

Təqdimat mərasimi və Dövlətçiliyimizin memarı- Heydər Əliyev ədəbiyyat sərgisi ədliyyə işçiləri tərəfindən böyük maraqla qarşılanmış, iftixar və qürur hissi yaratmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez