Koreya Azərbaycanla hüquqi əməkdaşlığa yüksək önəm verir

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Koreya Respublikasının Azərbaycandakı səfiri Lyu Kvanq-Çulu qəbul etmişdir.

Ölkəmizdəki demokratik dəyişikliklər, məhkəmə sisteminin müasirləşdirilməsi və ədliyyə orqanlarının inkişafı barədə qonağa ətraflı məlumat verən nazir, Koreya Respublikası ilə əlaqələrin inkişafında dövlət başçılarının 2006-2007-ci illərdə edilmiş qarşılıqlı səfərlərinin, imzalanmış bir sıra mühüm sənədlərin əhəmiyyətini xüsusi qeyd etmişdir.

Bu ilin fevralında Koreyada yeni Hökumətin formalaşdırılacağını deyən səfir, Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsinə ölkəsinin yüksək önəm verdiyini vurğulamış, ədliyyə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və hüquqi sahədə müqavilələrin bağlanmasının vacibliyini bildirmişdir.

Səmimi şəraitdə keçən görüşdə, həmçinin ədliyyə fəaliyyətinin xüsusiyyətləri, hüquqi yardım, habelə hakimlərin, vəkillərin və digər hüquqşünasların tədrisi məsələləri geniş müzakirə olunmuş, hüquqi əməkdaşlığa dair konkret təkliflər irəli sürülmüşdür.

iacca
iap
business ready
eplc
Ən Tez