Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənir

Ölkəmizdə səfərdə olan Avropa Şurası Katibliyinin İnsan Hüquqları və Hüquqi Əməkdaşlıq Baş İdarəsinin departament direktoru Roberto Lamponi və İnsan Hüquqları Departamentinin direktoru xanım Anna Kapello-Briya dekabrın 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ilə görüşmüşdür.

Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən məhkəmə sisteminin müasirləşdirilməsi üzrə genişmiqyaslı işlərdən danışan nazir, ölkəmizin Avropa Şurası ilə sıx əməkdaşlıq etdiyini, təkcə bu günlərdə Avropa Şurası ilə birgə 4 mühüm tədbirin, o cümlədən hakimlərin müstəqilliyi, onların və dövlət ittihamçılarının tədrisi, intizam məsələləri üzrə işçi qruplarının iclaslarının keçirilməsini, Avropa Şurasının təcrübəli mütəxəssislərinin hakimliyə namizədlər üçün mühazirələr oxumasını vurğulamışdır.

Avropa Şurasının ölkəmizlə həyata keçirilən uğurlu hüquqi əməkdaşlığını razılıqla qeyd edən qonaqlar, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının nəticələrindən məmnun olduqlarını bildirmiş, birgə konkret tədbirlər, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, hakimlərin və digər hüquqşünasların treninqi, xarici tədris səfərlərinin təşkili ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır. Avropa Şurası Dünya Bankının Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi layihəsinə qoşularaq, onun ölkəmiz üçün daha səmərəli olması məqsədilə töhfələr verməyə hazır olduğu bildirilmişdir.

Həmin gün Dünya Bankının sözügedən layihəsinin icrası ilə bağlı respublikamızın Ədliyyə Nazirliyi, Dünya Bankı və Avropa Şurasının nümayəndə heyətinin iştirakı ilə üçtərəfli görüş keçirilmiş, bu zaman Vaşinqtonda yerləşən Dünya Bankının iqamətgahı ilə telekörpü yaradılaraq, layihə üzrə konkret praktiki tədbirlər və üçtərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunmuşdur .

Görüşlərdə Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi D.Bribosia və Azərbaycan-Avropa Şurası işçi qruplarının həmsədri J.Klaus da iştirak etmişlər.

iacca
iap
business ready
eplc
Ən Tez