Ədliyyə Nazirliyində görüş

Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru xanım Donna Dousett Koirolo noyabrın 15-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Qonağı səmimi salamlayan nazir ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq məhkəmə sisteminin muasirləşdirilməsi üzrə görülmüş işlərdən danışmış, bu sahədə Dünya Bankı ilə birgə layihə çərçivəsində həyata keçirilən tədbirləri qeyd edərək, əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

Görüşdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində müsbət irəliləyişlərin olduğu vurğulanmış, hakimliyə namizədlərlə şəffaf və demokratik prosedurlar əsasında keçirilmiş müsabiqələr, onlarla aparılmış təlimlər və bu sahədə beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq məsələləri qeyd edilmişdir.

Ölkəmizdə vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yaradılmış regional apellyasiya və digər məhkəmələrin fəaliyyətə başlamasını və hakimlərin sayının xeyli artırılmasını, habelə onların təminatlarının gücləndirilməsini maraqla izlədiyini deyən xanım D.Koirolo 18 məhkəmə, o cümlədən yeni yaradılmış məhkəmələr üçün binaların tikintisi, ümumiyyətlə isə bu sahədə infrastrukturun tamamilə yeniləşməsi və məhkəmələrdə ən müasir texnologiyaların tətbiqi üzrə həyata keçirilən Azərbaycanda ədliyyə sisteminin müasirləşdirilməsi Layihəsinin bu işə böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirmiş, Dünya Bankı tərəfindən bundan sonra da hərtərəfli dəstək göstəriləcəyinə əminliyini ifadə etmişdir.

Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.

iacca
iap
business ready
eplc
Ən Tez