Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Dünya Bankının birgə həyata keçirdiyi Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsi (4209 - AZ) üzrə işçi qrupunda vakant olan satınalmalar, maliyyə məsələləri mütəxəssisləri, memar, ofis meneceri və tərcüməçi vəzifələrinə müsabiqə elan edilir

I. Namizədlər üçün aşağıdakı tələblər irəli sürülür:

Satınalmalar mütəxəssisi (procurement specialist):

  • Biznesin idarə olunması və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil (o cümlədən, bakalavr və ya magistr dərəcəsi);
  • Satınalmalar sahəsində ən azı beş il təcrübə;
  • Dünya Bankı və ya digər beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilmiş layihələrdə üç il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək;
  • Kompüterdə işləmək bacarığı (əsas ofis proqramları üzrə Microsoft Word, Microsoft Excel, Microsoft Outlook).


Maliyyə məsələləri mütəxəssisi (financial specialist):

  • Biznesin idarə olunması və ya maliyyə sahəsi üzrə ali təhsil (o cümlədən, bakalavr və ya magistr dərəcəsi);
  • Maliyyə sahəsində ən azı beş il təcrübə;
  • Dünya Bankı və ya digər beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilmiş layihələrdə üç il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək;
  • Kompüterdə işləmək bacarığı (əsas ofis proqramları üzrə Microsoft Word, Microsoft Excel, Microsoft Outlook).


Memar - tikinti mütəxəssisi (architect):

  • Memarlıq/mühəndis və ya tikinti/mühəndis ixtisası üzrə ali təhsil (o cümlədən, bakalavr və ya magistr dərəcəsi);
  • Memarlıq və ya tikinti sahəsi üzrə ən azı 10 il iş təcrübəsi;

 

Qeyd: İngilis dilini bilən və oxşar layihələrdə iş təcrübəsinə malik olan şəxslərə üstünlük verilir.

Ofis meneceri:

  • Ali təhsil (o cümlədən, bakalavr və ya magistr dərəcəsi);
  • Ofis və kargüzarlıq işini aparmaq bacarığı;
  • Dünya Bankı və ya digər beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilmiş layihələrdə iki il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərində mükəmməl danışa bilmək və yazmaq;
  • Kompüterdə işləmək bacarığı.


Tərcüməçi:

  • Ali təhsil (o cümlədən, bakalavr və ya magistr dərəcəsi);
  • Azərbaycan və ingilis dillərində mükəmməl danışa bilmək və yazmaq;
  • Tərcüməçi qismində ən azı beş il iş təcrübəsi;
  • Dünya Bankı və ya digər beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilmiş layihələrdə iki il iş təcrübəsi;
  • Kompüterdə işləmək bacarığı.

 

II. Müsabiqədə iştirak etmək istəyənlər azərbaycan və ingilis dillərində tərcümeyi-hallarının (CV) elektron variantını (əlaqə e-poçt ünvanını göstərməklə) 15 sentyabr 2007-ci il tarixinədək aşağıdakı ünvanlara təqdim edə bilərlər:
 

Poçt ünvanı: AZ 1073, Bakı şəhəri, İnşaatçılar pr-ti, 1, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, otaq 322
E-poçt: gunel.nagiyeva@justice.gov.az
Əlaqələndirici şəxs: Günel Nağıyeva
Tel: (994 12) 510 52 84
 

III. Layihə barədə həmçinin www.judicialcouncil.gov.az internet saytından ətraflı məlumat əldə etmək olar.
 

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez