Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş müsabiqənin nəticələrinə görə müvəffəqiyyət qazanmış namizədlərin böyük bir qrupu vakant ştat vahidlərinə təyinatlar almış və bununla bağlı iyul ayının 25-də gənc mütəxəssislərin təntənəli andiçmə mərasimi olmuşdur.

Tədbiri ədliyyə naziri I dərəcəli Dövlət ədliyyə müşaviri Fikrət Məmmədov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədliyyə orqanlarının inkişafına dair tapşırıqlarına müvafiq olaraq ədliyyə sisteminin yüksək ixtisaslı mütəxəssislər hesabına komplektləşdirilməsi ilə əlaqədar son dövrdə həyata keçirilən çoxşaxəli işlər barədə geniş məlumat vermişdir.

Ədliyyə tarixində ilk dəfə olaraq, aşkarlıq şəraitində və şəffaf üsullarla yüksək səviyyədə keçirilmiş müsabiqənin yekunlarına toxunularaq peşəkarlıq səviyyəsi və mənəvi keyfiyyətlərə görə qulluğa qəbul üçün seçilmiş 67 nəfərin böyük əksəriyyətinin gənclər və respublikamızın müxtəlif regionlarından olması xüsusi vurğulanmışdır.

Nazir qulluğa qəbul edilən hüquqşünasların ədliyyə orqanlarında stajorluq və sınaq keçməsinə dair xüsusi qaydaların təsdiq olunduğunu qeyd edərək, hüquq mühafizə orqanı statusuna malik ədliyyə orqanlarında qulluq keçmənin xüsusiyyətləri və layiqli ədliyyə qulluqçusu kimi formalaşaraq dövlətimizə sədaqətlə xidmət göstərmələri ilə bağlı onlara tövsiyələrini verdi.

Daha sonra ədliyyə orqanlarına işə qəbul olunanlar təntənəli qaydada Azərbaycan Respublikasının dövlət bayrağı önündə and içmiş və onlara xidməti vəsiqələr təqdim edilmişdir.

Andiçmə mərasimində Bakı Dövlət Universitetinin prorektoru, professor Vüsət Əfəndiyev çıxış edərək müsabiqəni uğurla başa vurmuş namizədlərin əksəriyyətinin təmsil etdiyi ali təhsil ocağının məzunları və hazırda magistrantları olmasını fərəh hissi ilə qeyd etmiş, müsabiqə yolu ilə dövlət qulluğuna qəbulun təhsil müəssisələrində layiqli mütəxəssislər hazırlığı işinə müsbət töhfələr verəcəyini vurğulamışdır.

Tədbirdə veteran ədliyyə işçiləri yeni qulluğa qəbul olunan stajorlara gələcək fəaliyyətləri ilə bağlı öz tövsiyələrini çatdırmışlar.

Çıxış edən gənc stajorlar yaradılan şəraitə, müsabiqənin şəffaf və obyektiv keçirildiyinə görə Dövlət başçısına öz minnətdarlıqlarını çatdırmış və verilən tövsiyələri rəhbər tutaraq ədliyyə işçisi adını daim uca tutacaqlarını bildirmişlər.

Tədbirdən sonra stajorlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, Ədliyyə Nazirliyində Heydər Əliyev muzeyi və ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez