Uşaq hüquqlarının müdafiəsi diqqət mərkəzindədir

Ölkəmizdə səfərdə olan BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri Yakob Duk və UNİCEF-in Azərbaycandakı nümayəndəsi xanım Haana Singer iyulun 10-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşlər.

Ölkəmizin BMT ilə hərtərəfli əməkdaşlığının əhəmiyyətini qeyd edən nazir Uşaq hüquqları haqqında Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülən işlərdən danışmış, Azərbaycanda yuvenal ədliyyənin inkişaf etdirilməsində BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə mühüm diqqət yetirildiyini bildirmişdir. O, milli qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə-hüquq islahatlarının aparılması və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı uşaq hüquqlarının təmin olunmasının önə çəkildiyini vurğulamış, bu sahədə görülən konkret tədbirləri qeyd etmişdir.

Azərbaycanda uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilməsini yüksək qiymətləndirən cənab Yakob Duk uşaqlara münasibətdə zorakılığın qarşısının alınması üzrə beynəlxalq təcrübədən danışmış, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, praktiki tədbirlərin, o cümlədən hüquq-mühafizə orqanları əməkdaşlarının, hakimlərin tədrisinin əhəmiyyətini vurğulamışdır.

İyulun 6-da Bakıda BMT Baş Məclisinin Uşaqlar üçün yararlı dünya Qətnaməsinin 5 illiyinə həsr olunmuş milli konfransın keçirilməsi olduqca mühüm tədbir kimi qiymətləndirilmişdir.

Xanım Singer uşaq hüquqlarının qorunması sahəsində Azərbaycanın digər dövlətlərə nümunə olduğunu bildirmişdir.

Görüşdə yuvenal ədliyyə islahatlarının həyata keçirilməsi ilə bağlı konkret məsələlər müzakirə edilmiş, əməkdaşlığın davam etdirilməsi perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez