İranin yeni səfiri ədliyyə naziri ilə görüşüb

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov mayın 21-də İranın Azərbaycanda yeni təyin olunmuş səfiri Nasir Həmidi Zare ilə görüşmüşdür.

Azərbaycanla İran arasında tarixən mövcud olan dostluq münasibətlərinin hərtərəfli inkişafını və xalqlarımızı bağlayan möhkəm qardaşlıq əlaqələrini vurğulayan nazir müxtəlif sahələrdə səmərəli əməkdaşlığın ölkələrimizin mənafelərinə xidmət etdiyini bildirmişdir. O, ikitərəfli münasibətlərin genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, imzalanmış çoxsaylı sənədlərin əhəmiyyətini xüsusi qeyd edərək, hüquqi əməkdaşlıq məsələsinə toxunmuş, özünün İrana və iranlı həmkarının Azərbaycana səfərlərini, faydalı görüşləri və müzakirələri razılıqla qeyd etmiş, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat vermişdir.

Azərbaycanda sürətli inkişafın müşahidə olunduğunu məmnunluqla vurğulayan cənab səfir səmərəli hüquqi əməkdaşlığın digər sahələrə də müsbət təsirini qeyd etmiş, əlaqələrin daha da genişlənməsi ilə bağlı fikirlərini bölüşmüş, ədliyyə və məhkəmə orqanları arasında təcrübə mübadiləsi, qarşılıqlı hüquqi yardım, məhkumların verilməsi, sərhədyanı əməkdaşlıq və digər məsələlər üzrə konkret təkliflərlə çıxış etmişdir.

Səmimi şəraitdə keçən görüşdə, həmçinin hüquq-mühafizə orqanlarının beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının gücləndirilməsi və digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılmışdır.

Səfir nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez