11-05-2007 | 04:02 1165
Ölkəmizdə səfərdə olan Türkiyə Konstitusiya Məhkəməsinin sədri xanım Tülay Tuğcu mayın 11-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərinin iki qardaş xalqın maraqlarına uyğun inkişaf etdiyini vurğulayan nazir ölkələrimiz arasında mövcud olan zəngin müqavilə-hüquq bazasının bütün sahələrdə,
Xanım Tuğcu sürətli və hərtərəfli inkişaf dövrünü yaşayan Azərbaycanda uğurla həyata keçirilən hüquq islahatlarının məhkəmə hakimiyyətinin daha da möhkəmlənməsinə, ölkəmizin beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsinə xidmət etdiyini vurğulamış, gənc dövlət olmasına baxmayaraq, bu sahədə Azərbaycanın atdığı addımların böyük maraq doğurduğunu bildirmişdir.
Görüşdə ölkələrimizin məhkəmə və ədliyyə orqanları arasında qarşılıqlı əlaqələrin daha da genişlənməsi, təcrübə mübadiləsi və əməkdaşlığın digər inkişaf perspektivləri barədə səmərəli fikir mübadiləsi aparılmışdır.
Sonra qonaq nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşdur.
Elə həmin gün Xanım Tuğcu Məhkəmə-Hüquq Şurasının üzvləri ilə görüşmüş, onun fəaliyyəti ilə maraqlanmış, Türkiyənin Hakimlər və Prokurorlar Ali Şurası haqqında məlumat vermişdir.