Ölkəmiz mötəbər beynəlxalq qurumların fəal iştirakçisidir

Azərbaycanda uğurla həyata keçirilən demokratik islahatlar və əldə olunan nailiyyətlər müstəqil respublikamızın nüfuzunu ciddi şəkildə artırmış, beynəlxalq təşkilatların dövlətimizlə əməkdaşlığa marağını gücləndirmiş, ölkəmiz bir çox mötəbər qurumların rəhbər orqanlarında təmsil olunmuşdur.

Martın 29-31-də Çilinin paytaxtı Santyaqo şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Assosiasiya dünyanın müxtəlif ölkələrinin 120 hüquq-mühafizə orqanını birləşdirir. Tədbirdə qurumun İcraiyyə Komitəsinin üzvü Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov iştirak etmişdir.

İclasda mühüm təşkilatı məsələlərə baxılmış, İcraiyyə Komitəsi üzvlərinin hesabatları dinlənilmişdir. Qurumun fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər müzakirə edilmiş, Assosiasiyanın Azərbaycan tərəfindən aparılan rus dilində internet saytının yeniləşmiş versiyasının prezentasiyası keçirilmişdir. Komitə üzvləri saytın mükəmməlliyini, çevikliyini, ziyarətçilərin istifadəsi üçün rahatlığını, bir çox texniki və digər yeniliklərlə zənginliyini böyük razılıqla qeyd etmişlər.

(BPA, İcraiyyə Komitəsi üzvlərinin xatirə şəkli, Çili)


Eyni zamanda, Beynəlxalq Prokurorlar Assosiasiyasının yeni nəşri - Cinayətlərin qurbanları mövzusunda rəhbər tövsiyələr, praktiki əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan tərəfindən tərcümə edilərək, tədbir iştirakçılarına təqdim olunmuşdur. Ölkəmizin təmsilçiliyinin fəallığı və təşəbbüskarlığı, qurumun fəaliyyətinə verdiyi mühüm töhfələr və görülən digər səmərəli tədbirlər yüksək qiymətləndirilmişdir.

İclasda İcraiyyə Komitəsinin səlahiyyət müddəti bitmiş üzvlərinin yerinə seçkilər keçirilmişdir. Gizli səsvermə nəticəsində Azərbaycanın ədliyyə naziri 4-cü dəfə yekdilliklə İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

(Məhkəmə prosesində, Çili)

Ölkəmizdə məhkəmə-hüquq islahatlarının aparılması, yeni məhkəmə binalarının və cəzəçəkmə müəssisələrinin inşası ilə bağlı Fikrət Məmmədov səfər çərçivəsində Çilinin aidiyyəti qurumlarının fəaliyyəti ilə yaxından tanış olmuş, səmərəli təcrübə mübadiləsi aparılmışdır.

Çilidəki tədbirdən sonra, mətbuatda xəbər verildiyi kimi, Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Afrika Respublikasında keçirilən korrupsiyaya qarşı mübarizə üzrə 5-ci Qlobal foruma qatılan ədliyyə naziri orada daha bir tədbirdə vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin iclasında iştirak etmişdir. Toplantıda bir sıra təşkilati məsələlərə

(Beynəlxaq Antikorrupsiya Orqanları
Assosiasiyası İcraiyyə Komitəsinin
iclasında
)

baxılmış, o cümlədən İcraiyyə Komitəsinə yeni üzvlər qəbul edilmişdir. Bu və digər məsələlərlə bağlı Fikrət Məmmədov məruzəçi kimi çıxış etmişdir. Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası haqqında informasiya bukletinin Azərbaycanda tərcümə edilərək nəşr olunmuş nüsxələri, ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən konkret tədbirləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və Azərbaycan haqqında digər məlumatları əks etdirən sənədlər iştirakçılar arasında yayılmışdır.

İclasda bu ilin iyununda Çində Antikorrupsiya seminarının keçirilməsi məsələsi müzakirə edilmiş, Azərbaycanın nümayəndəsi tədbirdə mühazirə ilə çıxış etməyə dəvət olunmuşdur.

(İcraiyyə Komitəsinin üzvəlri)

Eyni zamanda, bu sahədə ölkəmizdə görülən işlərin əhəmiyyəti nəzərə alınaraq, İcraiyyə Komitəsinin növbəti iclasının və korrupsiyaya qarşı daha bir beynəlxalq seminarın gələn il Azərbaycanda keçirilməsi təklif olunmuşdur.

Səfər zamanı Çili, Cənubi Afrika Respublikası, Çin, Argentina, İndoneziya, Danimarka, Türkiyə, Rumıniya, İran və başqa dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq-mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlər keçirilmiş, təcrübə mübadiləsi aparılaraq, qarşılıqlı əməkdaşlığa dair faydalı danışıqlar keçirilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez