IMAGE

AŞPA-nın həmməruzəçiləri Ədliyyə Nazirliyində olublar

Ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ədliyyə nazirinin müavini Azər Cəfərov ilə görüşüblər.

Görüşdə Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, dövlət başçısının cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası üzrə görülən işlər barədə faydalı müzakirələr aparılıb.

Həmməruzəçilər cinayət qanunvericiliyinin liberallaşdırılması, bir sıra cinayətlərin dekriminallaşdırılması məqsədilə yeni qanunların qəbul olunması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi işinin davam etdirilməsi, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan qətimkan tədbirlərinin və alternativ cəzaların tətbiqinin genişləndirilməsi, Probasiya xidmətinin fəaliyyətinin təşkili üzrə tədbirlər barədə məlumatlandırılıb. Qonaqlar, həmçinin penitensiar müəssisələrə baş çəkmək üçün yaradılan imkana görə minnətdarlıqlarını bildiriblər.

Söhbət zamanı, həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsindən, Məhkəmə-Hüquq Şurasının özünüidarə səlahiyyətlərinin genişləndirilməsindən, məhkəmə fəaliyyətində antikorrupsiya tədbirlərindən bəhs olunub, qonaqları maraqlandıran suallara aydınlıq gətirilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez