13-10-2017 | 04:02 1005
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə)
184.1.1-ci (Siyasi partiya tərəfindən dövlət orqanının və ya vəzifəli şəxsin fəaliyyətinə müdaxilə edilməsi);
184.1.3-cü (Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılması və fəaliyyəti);
184.1.4-cü (Ləğv edilmiş siyasi partiyanın adından çıxış etmə və ya fəaliyyət göstərmə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak etmə);
184.2-ci (184.1.1, 184.1.3 və 184.1.4-cü maddələrdə nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
1.1. Azərbaycan Respublikasının ədliyyə naziri;
1.2. Azərbaycan Respublikası ədliyyə nazirinin müavinləri;
1.3. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi;
1.4. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəis müavini;
1.5. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi;
1.6. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi.
2. Məcəllənin 403-cü (Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsi);
404-cü (Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya qurumlarına, o cümlədən xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə:
2.1. Azərbaycan Respublikasının ədliyyə naziri;
2.2. Azərbaycan Respublikası ədliyyə nazirinin müavinləri;
2.3. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi;
2.4. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəis müavini;
2.5. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi;
2.6. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi;
2.7. Nazirliyin rayon (şəhər) qeydiyyat şöbələrinin rəisləri.
3. Məcəllənin 432.3-cü (Qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsi) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə münasibətdə:
3.1. Azərbaycan Respublikasının ədliyyə naziri;
3.2. Azərbaycan Respublikası ədliyyə nazirinin müavinləri;
3.3. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi;
3.4. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəis müavini;
3.5. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi;
3.6. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi;
3.7. Regional ədliyyə idarələrinin rəisləri.
4. Məcəllənin 526-cı (Məhkəməyə hörmətsizlik göstərilməsi);
595.1-ci (İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların, habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim edilməməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
4.1. yerli icra qurumlarının rəisləri;
4.2. yerli icra qurumlarının rəislərinin müavinləri;
4.3. icra məmurları.
5. Məcəllənin 527-ci (Məhkəmənin xüsusi qərardadı (qərarı) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatı üzrə tədbirlər görülməməsi - məhkəmənin xüsusi qərardadına (qərarına) və ya hakimin təqdimatına münasibətdə);
528-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi);
529.1-ci (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi);
529.2-ci (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi);
529.4-cü (İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırma) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
5.1. Azərbaycan Respublikasının ədliyyə naziri;
5.2. Azərbaycan Respublikası ədliyyə nazirinin müavinləri;
5.3. Nazirliyin Aparatının İcra baş idarəsinin rəisi;
5.4. Nazirliyin Aparatının İcra baş idarəsinin rəisinin müavinləri;
5.5. yerli icra qurumlarının rəisləri;
5.6. yerli icra qurumlarının rəislərinin müavinləri;
5.7. icra məmurları.
6. Məcəllənin 530-cu (Bilə-bilə yalan izahat və ya rəy vermə, yaxud yanlış tərcümə etmə);
532-ci (Çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırma, izahat, yaxud rəy verməkdən imtina etmə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətalar haqqında işlər üzrə icraat məhkəmədə aparılarkən:
6.1. yerli icra qurumlarının rəisləri;
6.2. yerli icra qurumlarının rəislərinin müavinləri;
6.3. icra məmurları.
7. Məcəllənin 549-cu (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
7.1. Azərbaycan Respublikasının ədliyyə naziri;
7.2. Azərbaycan Respublikası ədliyyə nazirinin müavinləri;
7.3. Nazirliyin Aparatının Bələdiyyələrlə iş mərkəzinin rəisi;
7.4. Nazirliyin Aparatının Bələdiyyələrlə iş mərkəzinin rəisinin müavini;
7.5. Nazirliyin Aparatının Bələdiyyələrlə iş mərkəzinin İnzibati nəzarət idarəsinin rəisi;
7.6. Nazirliyin Aparatının Bələdiyyələrlə iş mərkəzinin İnzibati nəzarət idarəsinin baş məsləhətçisi;
7.7. Nazirliyin Aparatının Bələdiyyələrlə iş mərkəzinin İnzibati nəzarət idarəsinin böyük məsləhətçisi;
7.8. Nazirliyin Aparatının Bələdiyyələrlə iş mərkəzinin İnzibati nəzarət idarəsinin aparıcı məsləhətçisi;
7.9. Regional ədliyyə idarələrinin rəisləri;
7.10. Regional ədliyyə idarələrinin baş məsləhətçiləri.
8. Məcəllənin 562.2-ci (Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsi) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
8.1. Azərbaycan Respublikasının ədliyyə naziri;
8.2. Azərbaycan Respublikası ədliyyə nazirinin müavinləri;
8.3. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi;
8.4. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəis müavini;
8.5. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi.
9. Məcəllənin 598-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə)) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol notariuslara münasibətdə:
9.1. Azərbaycan Respublikasının ədliyyə naziri;
9.2. Azərbaycan Respublikası ədliyyə nazirinin müavinləri;
9.3. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi;
9.4. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəis müavini;
9.5. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin Notariat idarəsinin rəisi.
10. Məcəllənin 602.1 (Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılması - inzibati xəta Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aşkar edildikdə)
602.2-ci (Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulması – inzibati xəta Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aşkar edildikdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
10.1. Azərbaycan Respublikasının ədliyyə naziri;
10.2. Azərbaycan Respublikası ədliyyə nazirinin müavinləri;
10.3. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi;
10.4. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəis müavini;
10.5. Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin Dövlət reyestrləri idarəsinin rəisi;
10.6. Regional ədliyyə idarələrinin rəisləri.