Bir sıra rayonlarda vakant olan notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərlə test imtahanı keçirilmişdir

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə elan olunmuş müsabiqədə iştirakla bağlı sənədlərin qəbulu başa çatdırılaraq, “Notariat haqqında” Qanunun tələblərinə cavab verən namizədlərlə noyabr ayının 25-də test imtahanı keçirilmişdir.

Dövlət İmtahan Mərkəzi ilə birlikdə aşkarlıq şəraitində vakant olan 9 notarius vəzifəsi üzrə keçirilmiş imtahanı vətəndaş cəmiyyətinin nümayəndələri izləmiş, həmçinin tədbirin gedişi internet vasitəsilə “on-line” rejimində birbaşa yayımlanmışdır.

“Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur.

Yekun nəticələrə görə imtahanda 56 nəfər müvəffəqiyyət qazanaraq ikinci mərhələyə - müsahibəyə buraxılmışdır. Namizədlər suallara verdikləri cavabların nəticələri ilə test imtahanının sonunda istifadələrində olan monitor vasitəsilə tanış olmuş və bu barədə bildirişi yerindəcə əldə etmişlər.

Növbəti müsahibə mərhələsinin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.

 

Test imtahanında uğur qazanmış namizədlərin siyahısı:

  1. Abdullayev Elmar Gülbaba oğlu
  2. Ağayev Rövşən Canbaxış oğlu
  3. Bağırzadə Rüfət İbrahim oğlu
  4. Baxşəliyev Vüsal Şahin oğlu
  5. Cəfərov Anar Rauf oğlu
  6. Cəfərov Fərman Dəmir oğlu
  7. Cəfərov Müşfiq Ələkbər oğlu
  8. Dadaşov Vidadi Nizami oğlu
  9. Əhmədova Aygün Şaiq qızı
  10. Əkbərli Ülvi Etibar oğlu
  11. Əliyeva Südabə İbad qızı
  12. Əzimov Sərraf Tərlan oğlu
  13. Familov İlkin Faniz oğlu
  14. Hacıyev Aslan Nüsrət oğlu
  15. Hacıyev Azər Sədrəddin oğlu
  16. Haqverdiyev Rəşad Fərhad oğlu
  17. Həmzəyev Səbuhi Fəzail oğlu
  18. Həsənov Elçin Heydər oğlu
  19. Həsənov Emil Barat oğlu
  20. Həsənov Ramil Əliş oğlu
  21. Həsrətov Amin Adil oğlu
  22. Hüseynli Səkinə Rafael qızı
  23. Hüseynov Elvin Elbrus oğlu
  24. Hüseynov Rüfət Əlisəfa oğlu
  25. Hüseynov Zaur Elbrus oğlu
  26. Hüseynova Bəturə Xaqani qızı
  27. Xammədov Vaqif Yaquboviç
  28. Xəlilzadə Fərid Rasim oğlu
  29. Xudiyev Pərvin Etibar oğlu
  30. İsayev Elzamin Rövşən oğlu
  31. İsayev Həsrət Qurban oğlu
  32. İsmayılov İlqar Vəli oğlu
  33. İsmayılov Teymur Rauf oğlu
  34. K.Səfərli Üzeyir Eldar oğlu
  35. Kazımzadə Xəqani Asəf oğlu
  36. Kərimov Emin Akif oğlu
  37. Quliyev Elxan Ağalar oğlu
  38. Quliyeva Səbinə Eldar qızı
  39. Məhəmmədi Həvayət Kəmaləddin qızı
  40. Məhərrəmov Elnur Mirbəşir oğlu
  41. Məmmədov Səbuhi Teyyub oğlu
  42. Nemətov Məhəmməd Nəsir oğlu
  43. Nəsibov Sərdar Namiq oğlu
  44. Nəsirov Seymur Qulamhüseyn oğlu
  45. Novruzov Anar Tərlan oğlu
  46. Orucov Nail Hilal oğlu
  47. Osmanov Xalid Rahib oğlu
  48. Rzayev Fərid Müzəffər oğlu
  49. Sadıqov Vüsal Akif oğlu
  50. Salmanov Rəşad Çingiz oğlu
  51. Savalan İlkin Cabir oğlu
  52. Seyidov İlkin Tofiq oğlu
  53. Umarov Vüsal Soltanverdi oğlu
  54. Vəliyev Aydın Rasim oğlu
  55. Yusifli Niyazi Qəhrəman oğlu
  56. Zamanov Gülbala Sabir oğlu

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez