09-12-2017 | 04:02 897
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə 25.11.2017-ci il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə müsahibənin keçirilməsinə dekabr ayının 19-dan etibarən başlanılacaqdır.
Müsahibə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Azadlıq prospekti, 72) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladırıq ki, müsahibənin nəticələrinə əsasən elan olunmuş notarius vakansiyası üzrə ən yüksək bal toplamış namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaqdır.