Ədliyyə Nazirliyində görüş

Dekabrın 8-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin seçkiqabağı müşahidə missiyasının üzvləri ilə görüşmüşdür.

Azərbaycanda aparılan geniş demokratik islahatlardan danışan nazir respublikamızda ən yeni təsisatlardan olan yerli özünüidarəetmənin inkişafı, bələdiyyələrin birləşməsi və güclənməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə işləri, habelə Avropa Şurası ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətini və səmərəsini vurğulamışdır.

Həmçinin, ölkəmizdə seçkilərin ən yüksək beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və tam şəffaflığın təmin olunması üzrə tədbirlər qeyd edilmişdir.

Azərbaycanda demokratiyanın daha da möhkəmlənməsi yolunda atılan addımları, o cümlədən bələdiyyələrin inkişafı üzrə görülən işləri dəstəklədiklərini bildirən qonaqlar bələdiyyə seçkilərinə hazırlığın gedişi ilə yaxından tanış olduqlarını vurğulamış, seçkilərin ədalətli, azad və şəffaf şəraitdə keçiriləcəyinə ümidvar olduqlarını söyləmişlər.

Görüşdə ölkəmizdə aparılan hərtərəfli islahatlara böyük maraq göstərilərək, digər məsələlərə də toxunulmuş, xüsusilə hüquqi dövlət quruculuğu, ədalət mühakiməsinin həyata keçirilməsi, söz və mətbuat azadlığı barədə ətraflı fikir mübadiləsi aparılmış, maraq kəsb edən suallara aydınlıq gətirilmişdir.

 

   
   

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez