Ədliyyə orqanlarına informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislərin qulluğa qəbulu ilə bağlı açıq müsabiqə davam edir

Ədliyyə Nazirliyində yaradılmış İnformasiya-kommunikasiya texnologiyaları idarəsində vakant vəzifələrin zəruri hazırlığa malik peşəkar mütəxəssislərlə komplektləşdirilməsi üzrə elan olunmuş açıq müsabiqədə iştirakla bağlı hazırda sənəd qəbulu davam edir.
Müsabiqədə qanunvericiliyin tələblərinə cavab verən aşağıda göstərilən sahələrdə xüsusi biliklərə malik Azərbaycan Respublikası vətəndaşları iştirak etməyə dəvət olunur:

1.Mühəndis-proqramçı

Proqramlaşdırma bilikləri: C#, ASP.NET MVC, WebAPI, AngularJS (JAVA, Android, İOS, Ajax, HTML, CSS, JavaScript, JQuery, Ajax – üstünlük verilir);

Məlumat bazası bilikləri: MySQL, MsSQL, Oracle, PL/SQL (üstünlük verilir);

Java veb texnologiyaları: Servlet, JSP, JSF, Primeface (üstünlük verilir);

Veb servislər:  SOAP, Restful, DevExpress (üstünlük verilir).

 2. Veb-dizayner 
HTML5, CSS3, Bootstrap Framework, JavaScript, JQuery, Prototype, Angular;
Photoshop, Corel DRAW (Adobe İllustrator, AfterEffects, Premiere – üstünlük verilir);
 

3. Məlumat bazası üzrə analitik 
Məlumat bazası bilikləri: MySQL, MsSQL, Oracle;
Əməliyyat sistemləri: Linux, Windows Server 2008, 2012 R2; (üstünlük verilir)
Məlumat bazalarındakı məlumatların analiz edilməsi, hesabatların alınması, backup/restore bacarığı.
     

4. Sistem inzibatçısı 
Əməliyyat sistemləri: Windows Server (2008, 2012, 2016), Linux (RHEL, CentOS, Scientific – üstünlük verilir);
Virtualizasiya: VMware 5.0, 6.0;
Application server: İİS 7.0, 7.5, 8.0, Tomcat 7, 8, Glassfish 3, 4; (üstünlük verilir)
Serverlərin sazlanması, əməliyyat sistemlərinin yüklənməsi, Domain, DNS və SSL sertifikatların quraşdırılması.

5. İnformasiya sistemlərinin təhlükəsizlik analitiki 
Təhlükəsizliyin müəyyən edilməsi metodları və həllərinin idarə olunması;
Təhlükəsizliklə bağlı monitorinq və analizlərin həyata keçirilməsi, hesabatların hazırlanması;
Davam edən təhlükəsizliyin qiymətləndirilməsi, həllinin müəyyən edilməsi;
CİSSP və ya CEH sertifikatı olanlara üstünlük verilir.

    
Xatırladırıq ki, müsabiqədə iştirak etmək arzusunda olan şəxslər CV formalarını Ədliyyə Nazirliyinin Kadrlar və İnformasiya-kommunikasiya texnologiyaları idarələrinə təqdim edə bilərlər (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1 və Azadlıq prospekti 72).
Aidiyyəti məsələlərə, o cümlədən tələb olunan sənədlərin siyahısına dair Nazirliyin internet səhifəsində və (012) 404-42-51 telefonu vasitəsilə əlavə məlumat almaq olar.

 

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez