Ədliyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə ötən ilin noyabr ayında keçirilmiş test imtahanında uğur qazanmış 50 namizədlə qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə fərdi qaydada müsahibə aparılıb.

İxtisas Komissiyası tərəfindən müsahibənin nəticələrinə əsasən ən yüksək bal toplamış 10 namizədin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları, o cümlədən notariat fəaliyyəti üzrə təcrübə keçmələri barədə qərar qəbul edilib.


Müsahibənin nəticələrinə görə uğur qazanmış namizədlərin siyahısı:

1. Bağırzadə Rüfət İbrahim oğlu

2. Məmmədov Səbuhi Teyyub oğlu

3. Nəsirov Seymur Qulamhüseyn oğlu

4. Sadıqov Vüsal Akif oğlu

5. Hüseynov Elvin Elbrus oğlu

6. Hacıyev Azər Sədrəddin oğlu

7. Məhərrəmov Elnur Mirbəşir oğlu

8. Xudiyev Pərvin Etibar oğlu

9. Nəsibov Sərdar Namiq oğlu

10. Orucov Nail Hilal oğlu


Siyahıda adları göstərilən namizədlər fevral ayının 19-da saat 09.00-da Ədliyyə Akademiyasında olmalıdırlar. Ünvan: Bakı şəhəri, Vidadi küçəsi, 158 (Bakı Ağır Cinayətlər Məhkəməsinin yanında), telefon 493-71-31.

Bildiririk ki, "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"nın tələblərinə uyğun olaraq icbari təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə şəhadətnamənin verilməsi məsələsinə baxılacaqdır.

Əlavə məlumatları nazirliyin Qeydiyyat və notariat baş idarəsindən (Bakı şəhəri, Azadlıq prospekti 72), habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez