Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımından 26 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin iştirakı ilə Xocalı şəhərinin zəbt olunması, işğal nəticəsində şəhərin büsbütün darmadağın edilməsi, dinc əhaliyə amansız divan tutulması, o cümlədən qadınların, uşaqların və qocaların xüsusi qəddarlıqla qətlə yetirilməsi, neçə-neçə ailənin tamamilə məhv edilməsi, dövlətin və əhalinin əmlakının zorakılıqla və vəhşicəsinə talan edilməsi xalqımıza qarşı törədilən misli görünməmiş vandalizm aktıdır.

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyində və struktur qurumlarda anma mərasimləri keçirilərək şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, o cümlədən Xocalı soyqırımının ağır nəticələrindən bəhs olunub və bu bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə ölkə Prezidentinin cari ilin yanvarında imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamının müstəsna əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, erməni qəsbkarlarının törətdikləri Xocalı soyqırımı beynəlxalq hüquqa görə, sülh və bəşəriyyət əleyhinə yönələn əməldir, ən ağır beynəlxalq cinayət sayılır və bu zaman BMT-nin "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasında təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.

Tədbirlərdə bu qanlı faciəyə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Xocalı qətliamı barədə həqiqətlərin dünya ictimaiyyətinə geniş çatdırılması və bununla bağlı Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyasının uğurla davam etdirilməsi qeyd olunub, soyqırımı törədənlərin layiqli cəzalarını alacaqlarına əminlik ifadə edilib.

Xocalı faciəsi ilə bağlı nazirliyin kinozalında filmlər, foto-slaydlar nümayiş etdirilib, saytda ayrıca bölmə yaradılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez