Ədliyyə Nazirliyində görüş

Dekabrın 9-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jan Lukas İnayat van Hoorn ilə görüşmüşdür.

Azərbaycan və Niderland arasında dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edən nazir 2002-ci ildə ölkələrimizin Ədliyyə nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumunun əməkdaşlıq üçün zəmin yaradaraq hüquqi sahədə əlaqələrimizin inkişaf etdiyini, bu münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu bildirmişdir.

Azərbaycanda gedən davamlı iqtisadi tərəqqinin şahidi olduğunu bildirən səfir ölkəmizin yüksək nailiyyətlər əldə etdiyini vurğulamış, ədliyyə və məhkəmə sahəsində aparılan islahatlara maraq göstərmiş, hüquqi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.

Görüşdə həmçinin, əməkdaşlığın prioritetləri müzakirə olunaraq inzibati ədliyyənin formalaşdırılması, Ədliyyə Akademiyasının fəaliyyəti, hakim və hakimliyə namizədlərin treninqi, o cümlədən xaricə tədris səfərlərinin təşkili, digər maraq kəsb edən mövzular üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez