IMAGE

8 mart - Qadınlar günü ədliyyə orqanlarında qeyd olunub

Ədliyyə Nazirliyində 8 mart - Qadınlar günü münasibətilə tədbir keçirilib.

Çıxış edən ədliyyə nazirinin müavini Toğrul Musayev əlamətdar gün münasibətilə nazirliyin rəhbərliyi adından qadın əməkdaşları təbrik edib, onlara cansağlığı, səadət və fəaliyyətlərində nailiyyətlər arzulayıb.

Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlət qadın siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək onların dövlətin və cəmiyyətin idarə olunmasında, hüquqi dövlət quruculuğunda fəal iştirakına hər cür şərait yaradılıb. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, gördüyü işlər, xeyirxah əməlləri hər kəsə örnəkdir.

Yığıncaqda ədliyyə orqanlarında qadınların səmərəli fəaliyyəti, Azərbaycan ədliyyəsinin inkişafında dəyərli töhfələri qeyd olunub, hədiyyələr təqdim edilib.

Bayram münasibətilə nazirliyin struktur qurumlarında da tədbirlər keçirilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez