Ədliyyə işçiləri ulu öndər Heydər Əlieyin əziz xatirəsini anmışlar

Dekabrın 12-də Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin vəfatının ildönümü münasibətilə ədliyyə işçiləri ulu öndərin əziz xatirəsinə bəslədikləri əbədi ehtiramın ifadəsi olaraq Fəxri xiyabanı ziyarət etmiş, ümummilli liderin abidəsi önünə gül dəstələri qoymuşlar.

Sonra Ədliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin anma mərasimi keçirilmişdir. Əvvəlcə dahi öndərin nazirlikdə büstü önünə tər çiçəklər qoyulmuş, əziz və işıqlı xatirəsi anılmışdır. Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ömrünü müstəqil Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan ömür yolundan, tarixi xidmətlərindən danışmış, onun siyasi kursunu və yüksək amallarını layiqincə yaşadan və davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış yüksək nailiyyətlərdən bəhs etmişdir.

Tədbir iştirakçıları Heydər Əliyev muzeyində onun həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədlər, fotoşəkillər və yeni nəşrlərlə tanış olmuş, maraqlı ekspozisiyalara baxmış, dahi öndərə həsr olunmuş filmi izləmişlər.

Sonra ehsan süfrəsi təşkil olunmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez