IMAGE

Ədliyyə Nazirliyi Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Beynəlxalq ailə günü münasibəti ilə tədbir keçirib

May ayının 14-15-də Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ərəfəsində Ədliyyə Nazirliyi Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Beynəlxalq ailə günü ilə bağlı “Möhkəm təməllər üzərində sağlam ailə mühitinin formalaşması” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə Ədliyyə, Səhiyyə nazirliklərinin, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, psixoloqlar, gənclər, habelə 40-50 il birgə ömür sürmüş nümunəvi ailələr iştirak ediblər.

Dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezidenti Mehriban Əliyevanın cəmiyyətin özəyi olan hər bir ailəyə göstərdiyi diqqət və qayğının onun möhkəmlənməsində mühüm əhəmiyyət daşıdığı xüsusilə qeyd olunub.

Həmçinin 4 cütlüyün nikahının təntənəli şəraitdə qeydiyyatı mərasimi keçirilib, dəvət olunmuş uzunömürlü ailələrin üzvləri keçdikləri ömür-gün yolu barədə söhbət açaraq yeni ailə quran gənclərə öz tövsiyələrini veriblər.

Sonda nikaha daxil olmuş cütlüklər rayon ərazisindəki parklarda və yaşıllıq zolaqlarında gül əkiblər.

Tədbir barədə video

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez