IMAGE

Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbir keçirmişdir

Xalqımız müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyini böyük təntənə ilə qeyd etməkdədir. Bu əlamətdar günün qeyd edilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin əməkdaşları Bakının Bilgəh qəsəbəsindəki “Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi”ndə yaşayan və doğmalarının qayğısından kənarda qalmış yaşlılarla görüş keçirmişlər.

Tədbirdə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova çıxış edərək yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi olan Azərbaycan Respublikasının dinamik inkişafından, ümummilli lider Heydər Əliyevin yürütdüyü və İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin bütünlüklə insan amilnə, onun firavan yaşayışına xidmət etdiyindən, ölkəmizdə ahılların hərtərəfli dövlət qayğısı ilə təmin olunmasından söhbət açmışdır.

Təşkil olunmuş ədəbi-bədii proqramda Azərbaycan Milli Konsevatoriyası nəzdində Musiqi Kollecinin, 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin və Bakı Musiqi Akademiyasının tələbələrinın çıxışı tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

Sonda nahar və şirniyyat süfrələri açılmış, eyni zamanda burada yaşayanlara hədiyyələr verilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez