IMAGE

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib

Mayın 25-də Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Akademiyanın professor, müəllim heyəti və tələbələr iştirak etmişdir.

Ədliyyə Nazirliyinin nümayəndəsi Səadət İsmayılova tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin dünya tarixinin ən demokratik dövlət qurumlarından biri olduğunu söyləyib. Cümhuriyyətin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığını deyən S.İsmayılova müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda “Azərbaycan dövlətçiliyinin tarixi” adlı qısametrajlı fim nümayiş etdirilmişdir. Tələbələri maraqlandıran suallar cavablandırılmış, sual-cavabda fəal iştirak etmiş tələbələrə mükafatlar təqdim olunmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez