IMAGE

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edib

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin əməkdaşları “Ümid yeri” uşaq sığınacağında yerləşdirilmiş valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət etmişlər.

Tədbirdə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə uşaqları təbrik edərək Azərbaycanda uşaq problemlərinin hər zaman diqqət mərkəzində olduğunu, ulu öndər Heydər Əliyevin uşaqlara dövlət səviyyəsində qayğı göstərilməsini həmişə diqqət mərkəzində saxladığını, bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən onlana qayğı ilə yanaşıldığını qeyd etmişdir.

Bayram ovqatının artırılması məqsədilə tədbirə klounlar və nağıl personajlarını nümayiş etdirən artistlər dəvət edilmiş, eləcə də uşaqlara hədiyyələr, o cümlədən geyim və məktəb ləvazimatları verilməklə onlar üçün bayram süfrəsi təşkil olunmuşdur. Tədbirdə azyaşlılar bu gün münasibəti ilə hazırladıqları şeir, mahnı və rəqslərini təqdim etmişlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez